PLANLAŞDIRILMIŞ HAMİLƏLİK

Planlaşdırılmış hamiləlikPlanlaşdırılmış hamiləlik adındanda göründüyü kimi, hamilə qalmağa hazırlaşma prosesidir. Bu şüurlu şəkildə uşaq istəmək, ümumi
bədən müayinəsindən keçmək, körpəyə təsir edə biləcək, mümkün, xəstəlikləri aşkarlayıb müalicə etməkdir.

Hamiləlik və doğuş zamanı qadın orqanizmi əhəmiyyətli təyziq hiss edir. Ürək, böyrəklər, qara ciyər iki qat artıq işləyir, immun və endokrin sistemlərinə böyük təyziq olur. Bunun üçün hamiləliyə hazırlaşmaq lazımdır, adətən 2-3 ay əvvəl.

Hamiləliyi planlaşdırmaq bir çox problemlərin qarşısını alır və uşağın, əsasəndə sağlam uşağın, dünyaya gəlməsinə kömək edir. Qadının hamiləlikdən əvvəl qinekoloq, stomatoloq, terapevt və LOR – un qəbulunda olması ideal olardı. Həmçinin gizli infeksiyaları aşkarlamaq üçün analiz verilməlidir. Həmin infeksiyalar uşağa ziyan verə bilər. Bir sıra hallarda planlaşdırılmış hamiləliyə bir neçə ay qalmış qadına peyvənd tövsiyyə edilir.

loading...

Əgər hamiləlik planlaşdırılmamış baş veribsə təlaşa düşməyə gərək yoxdur. Hamiləliyin ilk on günü embrion uşaqlıq divarına bərkimir  ə ananın qan sistemi ilə əlaqəsi olmur. Bu ananın qanına düşən, mümkün zərərverici maddələrin (dərmanlar və sarə) uşağa ötürülməsinin qarşısını alır. Ancaq bunun gələckdə qarşısını almaq üçün, hamiləliyin öyrənilməsindən dərhal sonra, qadın qinekoloq müayinəsi keçməlidir və mümkün problemlərin qarşısını almalıdır.

Planlaşdırılmış hamiləlik zamanı birinci qinekoloq müayinəsindən keçmək gərəkdir. Müayinədən sonra qinekoloq hansı mütəxəssilərə getmək və hansı analizlərin verilməsi gərəkli olduğunu deyəcək. Veriləcək analizlər arasında qanın ümumi və biokimyəvi analizidir, ümumi sidik analizi, hər iki valideyinin qan qrupu analizi, koaquloqramma və sarə. Mümkün problemlər aşkarlandıqda həkim məsləhəti vacibdir.

loading...

Bunuda oxu...