PİYLƏNMƏ

Artıq çəkiPiylənmə dərialtı birləşdirici toxumada və daxili üzvlərdə həddindən artıq piy yığılması şəklində özünü göstərir. Çox vaxt piylənməyə səbəb həddindən çox və səmərəsiz qidalanmadır, belə ki, yeyilən qidanın ümumi kaloriliyi orqanizmin həyat fəaliyyətinə və əməyə sərf olunan enerjidən xeyli çox olur.

Bundan başqa, piylənməyə səbəb mühüm endokrin vəzilərin (hipofizin, böyrəküstü vəzilərin, qalxanabənzər vəzinin) funksiyasının pozulmasıdır. Daxili üzvlərdə, piylikdə, epikardda çoxlu piy toplanması ürəyin işinə mənfi təsir edir.

Piylənmənin müalicəsində və qarşısının alınmasında ən mühüm amil qidalanma rejimidir. Əksər hallarda müalicə ambulatoriyada aparılır. Xəstə aclıq hiss  etməməlidir, çünki ac olduqda insulin çox buraxılır, bu isə karbohidratların mənimsənilib piyə çevrilməsinə səbəb olur.

loading...

Əsas etibarilə sellülozla zəngin qida yemək lazımdır. İçilən maye 600 ml-dən çox olmamalıdır. Xəmir xörəkləri və şirin yeməklər, yağ, yağlı ət və balıq, piy, hisə verilmiş kolbasa az yeməli. Bağırsaqların normal işləməsinə çalışmalı, lazım gəldikdə həkimin təyin etdiyi işlətmə dərmam içməli. Piylənmənin bütün növlərində müalicə bədən tərbiyəsi ilə məşğul olmalı — piyada gəzməli, dənizdə çimməli, idman oyunları və müalicə gimnastikası ilə məşğul olmalı.

Tibb bacısının məlumat kitabından, 2008.

loading...

Bunuda oxu...