PİYLƏNMƏ VƏ SƏBƏBLƏRİ

Piylənmə bazal maddələr mübadiləsinin pozulması nəticəsində dərialtı piy hüceyrələrində həddindən artıq triqliseridlərin depolaşması ilə formalaşan adipoz (piy) toxuma çoxalmasına bağlı çəkinin artmasıdır. Piylənməni bədən kütlə indeksi ilə müəyyən etmək olar. Bədən kütlə indeksi çəkinizin boyunuzun kvadratına olan nisbətinə görə müəyyən edilir.

Piylənmə aşağıdakı hallarda müşahidə oluna bilər:

  • qəbul olunmuş qida ilə sərf olunmuş enerji arasında tarazlıq pozulduqda;

  • mədəaltı vəzi, qara ciyər, nazik və yoğun bağırsaqda pozğunluqlar zamanı;

  • genetik pozğunluqlar zamanı.

Piylənməyə meyillik yaradan faktorlar:

loading...
  • hipodinamiya (fiziki hərəkətlərin azalması)

  • genetik faktorlar, məsələn: lipogenez fermentlərinin yüksək fəallığı, lipoliz fermentlərinin fəallığının azalması

  • asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, məsələn: şirin içkilər, şəkərlərlə zəngin pəhriz

  • bəzi xəstəliklər, əsasəndə endokrin xəstəlikləri (hipoqonadizm, hipotireoz, insulinoma)

  • qidalanma pozğunluqları, qida qəbulunun pozulmasına gətirib çıxaran bəzi psixoloji vəziyyətlər

  • streslərə meyillik

  • yuxusuzluq

  • psixortop vasitələr.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...