PİYLƏNMƏ HAQQINDA

Artıq çəkiOrqanizmdə piy toplanmasının fizioloji norma dairəsindən çox olmasına piylənmə deyilir. Piyin həddindən çox yığılması ayrıca xəstəlik, yaxud başqa xəstəliyin simptomu ola bilər. Piylənmə geniş yayılmış xəstəliklər sırasına daxildir.

Xəstələr əmək qabiliyyətinin azalmasından, süstlükdən, başgicəllənmədən, təngnəfəslikdən, aclıq hissindən, ətraflarda titrəmədən, çox tərləmədən və bağırsaqların köpməsindən şikayət edirlər.

Piylənmənin əsas göstəricisi xəstənin çəkisidir. Artıq çəkinin olması məsələsini həll etmək üçün bədənin çəkisi boy ilə müqayisə edilir. Çəkini hesablamaq üçün bir sıra göstəricilər vardır: Brok göstəricisi – santimetrlə ölçülmüş boydan 100 çıxdıqda kiloqramlarla normal çəkiyə bərabərdir;

loading...

Noorden göstəricisi – normal çəki santimetrlərlə boyun 420-480-ə vurulmasına və 1000-ə bölünməsinə bərabərdir.

Piyin bərabər surətdə yerləşməsi nadir müşahidə edilir. Əksərən piy çoxlu miqdarda sinədə, qarında, beldə, boyun ardında, sağrılarda, budlarda, nadir hallarda isə saidlərdə və baldırlarda yığılır.

Şiddətli piylənmə zamanı xəstə zahirən eybəcərləşir, qarın böyük büküşlərlə sallanır. Dəri hiperemiyalaşır, tər ifrazı artır, ekzema, piodermiya, furunkulyoz inkişaf edir.

Profilaktika və müalicə. Kökəlməyə irsi meyllik olan ailələrdə profilaktik tədbirlər xüsusilə vacibdir. Rasional qida rejimi, bədən tərbiyəsi, idman, yuyunma, bədəni silmə (sürtmə) piylənmənin inkişafının qarşısını ala bilər. Bu kateqoriyadan olan şəxslərin peşəsi fiziki hərəkətlərlə əlaqədar olmalıdır.

Əsas mübadiləni artıran vasitə kimi tireoidin təyin etmək məsləhət görülür. O, qan dövranının pozulması əlaməti olmayan şəxslərə göstərişdir; stenokardiya, miokard infarktı və taxikardiyaya meylli olan şəxslərə əks-göstərişdir.

Cinsiyyət vəziləri funksiyasının zəifləməsi ilə gedən piylənmələrdə qadınlara follikulin, estradiol-dipropionat həftədə iki dəfə 1 m/-dən əzələyə, kişilərə kişi cinsiyyət hormonu testosteron-propionat,  metil-testosteron təyin edirlər.

loading...

Bunuda oxu...