PİS FİKİRLƏRLƏ DOLU BEYİN

Bəzən çox yorularsan insanlardan uzaq olmaq hətta özündən belə uzaq olmaq istəyərsən, hər şey maraqsız, hər şey rəngini, ruhunu, marağını itirmiş sənin üçün, hər şey boş, gərəksiz, yaşamaq mənasız, gələcək ümidlər puç, hər şeyin ən pisi səni tapmış, quyunun dibindəsənmiş kimi, heç çıxa bilməyəcəkmişsənmiş kimi, problemlər çox və böyük,özünü problemlərin yanında çox kiçik bir zərrəsənmişsən kimi görmək.

Bu neqativ, beyinə “virus” kimi yayılmış fikirləri dahada çoxalda bilərik, çünki pis fikirlər özünə ancaq pis fikirləri çəkir, “virus”lu beyin ancaq pis olan nə varsa ancaq onları axtarır, necəki qara şüşəli eynək taxıb ətrafa baxsaz hər şeyi qara görəcəksiz,eynilədə “virus”lu beyin (pis fikirlərlə dolu olan beyin) sizə ancaq pis olan nə varsa onları axtarıb tapıb təqdim edəcək.

Ancaq necəki qara şüşəli eynəklə ətrafa baxanda hər şeyi qara görməyimiz bizim gözümüzlə bağlı olan problem deyil və biz o qara şüşəli eynəyi çıxardıb hər yeri olduğu rəngdə, şəkildə görə bilərik eynilədə bu neqativ fikirli beyinlə bizə maraqsız, mənasız, rəngini itirmiş şəkildə görsənən, böyük görsənən problemlərində əslində o pis fikirlərlə yüklü beyinin görsətdiyi aldadıcı təsəvvür olduğunu görə bilərik.

loading...

Necəki qara şüşəli eynəyi gözümüzdən çıxarda bilirik eynilədə o fikirləridə təmizləyib beynimizdən çıxarda və hər şeyin əslində biz həmin “virus“lu beyinin görsətdiyi kimi olmadıgını görə bilərik. Daha xoşbəxt, rəngarəng, maraqlı həyatı kəşf edə bilərik. Problem bizim beynimizdə və ya gözümüzdə deyil, beyinimizdə olan neqativ fikirlərdə və qara eynəkli şüşədədir və o eynəyi çıxartmaq mümkündür bunu unutmayın.

Dr. Bəxtiyar Mustafayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...