PİRİFORMİS SİNDROMU

Piriformis sindromuPiriformis əzələsi, yançağın dərinində bant şəklində uzanan bir əzələdir. Piriformis sindromu oturaq sinirin piriformis əzələsi altında təzyiqə məruz qalmasıyla ortaya çıxan; bel, omba və yançaq ağrısı, yançaq arxasına və ayağa yayılan uyuşma, gizilti əlamətləriylə təyin olunur.

Piriformis sindromu olan insanlarda oturmaq ağrını artırır. Ağrı ümumiyyətlə bel və omba bölgəsindədir, yeriyərkən və ya ayağı ayağın üstünə atma hərəkəti zamanı ağrılar artır.

Bel Yırtığı ilə səhf salına bilər. Ayaq arxasında, ayaqlarda keyimə və gizildəmə, yeriyərkən çətinlik çəkmə kimi əlamətləri səbəbiylə bel yırtığı ilə qarışdırıla bilər.

loading...

Piriformis Sindromunun iki tipi vardır.

Birincisi; struktur olaraq piriformis əzələsinin qısa olmasından qaynaqlanar. Erkən dövrdə piriformis əzələsini uzadan və gərilməni aradan qaldıran məşğələlərlə problemi aradan qaldırmaq olar.

İkincisi; zədə və ya regional qan dövranının azalmasıyla əzələnin spazmaya girməsiylə meydana gəlir. Səbəbi aradan qaldıran müalicəni təşkil etməklə problemin öhdəsindən gəlmək mümkündür.

Piriformis əzələsində, bel onurğa və ya əzələlərindəki problemlər, yanlış aparılan məşqlər, ani və tərs hərəkətlər, uzunmüddətli oturmaq (oturaraq işləmək, uzun müddətli səfərlər, velosipedə minmək) ya da həddindən artıq güc sərf etmək əzələ spazması meydana gətirə bilər. Əzələ sıxılması oturaq siniri sıxışdıraraq, ağrı və keyləşməyə gətirib çıxarar.

Piriformis sindromu necə müalicə edilməlidir?

Kəskin ağrılı dövrdə istirahət və piriformis əzələsində spazmasını həll etməyə istiqamətlənmiş müalicə tətbiq edilməlidir. Uzun müddət ayaq üstə qalma və yerimə hərəkətləri azaldıla bilər. Ödem mövcud isə; soyuq qoyulur, müəyyən omba əzələlərini möhkəmləndirən məşqlər etdirilir.

Kəskin ağrılı dövr sonrası müalicə-bərpa üsulları istifadə edilməlidir. Toxuma sağalmasını təmin etmək və əzələ içi dövranı yaxşılaşdırmaq, lokal əzələ spazmasını azaltmaq üçün dərin toxumalara lazer tətbiqləri (hil müalicə), ultrasəs proqramlar, fizioloji olaraq aktiv ionların elektrik cərəyanı köməyi ilə bədənə yeridilməsi. yəni fonoforez istifadə edilə bilər .

Manual müalicə üsullarıyla piriformis sindromuna səbəb olan əzələnin və oynaq ətrafındakı dövranın artırılması və gərginliklərin azaldılması həyata keçirilir. Müalicə proqramı; ətraf oynaqların mobilizasiyası, dəri altındakı bağ toxumasının yumuşaldılması, gərmə və qüvvətləndirmə məşqlərini də əhatə etməlidir.

Piriformis əzələsindəki spazmanı aradan qaldırmaq, dövranı təşkil və siyatik sinir təzyiqini aradan qaldırmaq şərti ilə, bel, omba və ayaq ağrılarından birdəfəlik xilas olmaq mümkündür.

Fizioterapevt – Dr.Ramin Quliyev

loading...

Bunuda oxu...