PEYVƏND NƏDİR

Bioloji yolla alınan xəstəlik törətmə qabiliyyətindən məhrum edilmiş virus, bakteriya və digər mikroorqanizmlər və ya onların neytrallaşdırılmış zəhərli ifrazatları (toksinləri) peyvənd adlanır. Peyvəndlər yoluxucu xəstəliklərin profilaktikası məqsədilə xəstəliyin və onun ağır fəsadlarının qarşısının alınması üçün insanlara vurulur.

Peyvəndlərin müalicəvi təsiri yoxdur. Yəni ki, insana hər hansı bir yoluxucu xəstəliyə yoluxduqdan sonra peyvəndin vurulması səhvdir. Peyvəndlər ağızdan daxilə verilıir və ya dəriiçi, dərialtı və əzələ daxilinə vurula bilir.

Daxil edilmə yolundan asılı olmayaraq peyvənlər qısa bir müddət ərzində insan orqanizmində anticisimlər yaradır ki, bunlar da uzun müddət qanda dövr edərək insan orqanizminə düşmüş mikroorqanizmləri məhv edərək xəstəliyin qarşısını alır. Hər hansı bir peyvəndin lazımi effekt verilməsi onun uyğun yaş dövrlərində və təqvimə uyğun şəkildə həyata keçirilməsindən asılıdır.

loading...

Peyvənd nə zaman vurulmur? Peyvəndləmə əsasən uşaq yaşlarında olunur. Lakin, epidimioloji göstərişə görə peyvəndlər böyük yaş qruplarına da vurula bilər. Peyvəndlərin vurulmasına əks-göstərişlər çox azdır. Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, əvvəllər xalq arasında mülayim qızdırması və ishalı olanlara peyvəndin vurulmaması əsassızdır.

Dünya səhiyyə təşkilatının məlumatına görə peyvəndlər aşağıdakı hallarda vurulmaya bilər (hər bir halda peyvəndin vurulub-vurulmaması haqqında qərar həkim tərəfindən verilir):

bədxassəli şişləri və qanyaratma sisteminin ağır xəstəlikləri olanlara;

aktiv vərəm xəstələrinə;

ağır dərəcəli ağ ciyər, böyrək və qara ciyər çatışmazlığı olanlara;

stasionar mərhələdə olan endokrin və maddələr mübadiləsinin xəstəlikləri olanlara;

hormonal müalicə alanlara;

şüa mualicəsi alanlara. Yuxarıda göstərilənlərdən başqa bütün hallarda və sağlam insanlara peyvəndlər plan-təqvimə uyğun olaraq vurulmalıdır.

Dr. Azər Nağıyev

loading...

Bunuda oxu...