PEYRONİ XƏSTƏLİYİ

Peyroni xəstəliyi cinsiyyət orqanının fibroplastik indurasiyası, yəni əyilməsidir. Bu xəstəlik zamanı cinsiyyət orqanının ağlı qişasında proqresivləşən fibroz dəyişikliklər əmələ gəlir.

Nəticədə cinsiyyət orqanı əyilir ki, bu da cinsi əlaqə zamani ciddi problemlər yaradır. Bu xəstəliyə ən çox 30 yaşdan 60-65 yaşına kimi kişilərdə rast gəlmək olur.

Xəstəliyin səbəbi məlum deyil. Hesab olunur ki, əsas səbəb cinsi əlaqə zamanı tez-tez baş verən mikrotravmalardır. Travma nəticəsində birləşdirici toxuma fibroz düyünə çevrilir, bu da sonda cinsiyyət orqanının əyilməsinə səbəb olur.

loading...

Əsas risk faktoru kimi şəkərli diabet, arterial hipertenziya, yağ-piy mübadiləsinin pozulması, ürəyin işemik xəstəliyi, siqaret, alkoqol və s. götürülür.

Dr. Termur Məmmədov

loading...

Bunuda oxu...