PERİPARTUM KARDİOMİOPATİYA

kardiomiopatiPeripartum kardiomiopatiya hamilələlərdə rast gəlinən ürək xəstəliklərindəndir. Hamiləliyin son aylarında və ya doğum sonrası 5 ay ərzində yarana bilər. Adətən ürəyin sol şöbəsində, nadir hallarda isə bütün şöbələrində genişlənmə ilə özünü göstərir.

Ürək əzələsi öz gücünü itirir ürəyə, digər orqan və toxumalara lazımı qanı qova bilmir. Nəticədə ürək çatışmazlığı, digər orqan çatışmazlıqları meydana çıxır.

Xəstəliyin səbəbləri tam olaraq bu gün də məlum deyil. Belə hesab edilir ki peripartum kardiomiopatiya hamiləlik sonu dövrdə relaksin, prolaktin hormonu sintezi nəticəsində yarana bilər.

loading...

Bundan başqa genetika, ürəyin infeksion və qeyri infeksion iltihabi xəstəlikləri, stres, qidalanma çatişmazlığı kimi faktorlar da xəstəliyin səbəbi kimi düşünülür. Daha çox piylənməsi olan, yaşı 35 dən yuxarı olan, çox döllü (əkiz) hamilelik yüksək təzyiq, şəkər, preeklampsi, erkən doğumun qarşısını almaq üçün dərman qəbul edən hamilələrdə aşkarlanır.

Hamilələr yorğunluq, təngənəfəslikdən, çəkinin sürətlə artması, bədəndə şişlərin olmasından, ürəkdöyünmə dən şikayət edir. Bu əlamətlər hamiləliyin sonunda demək olar ki bütün qadınlarda aşkar edilə bilər. Elə xəstəliyin diaqnozunu çətinləşdirən məqamlardan biri də budur!

Diaqnoz

Əvvəllər ürək çatışmazlığının olmaması

Əlamətlərin hamiləliyin son ayı və ya doğumdan sonrakı 5 ay ərzində meydana çıxması

Ürək çatışmazlığının digər səbəbləri inkar edilməsi

Exokardioqrafik müayinə nəticələri əsasında

Dr. Sənubər Talıbova

loading...

Bunuda oxu...