PERİNATAL ENSEFALOPATİYA

Uşaqlarda nevroloji xəstəliklər ən erkən yaşlarda, hətta perinatal dövrdən belə başlaya bilər. Bu dövrdə rast gəlinən nevroloji pozulmalara perinatal ensefalopatiya (PEP) deyilir. Baş beynin hamiləlik və ya doğuş zamanı yaranan müxtəlif mənşəli beyin patologiyalarını cəmləndirən bir termindir.

PEP özünü müxtəlif əlamətlərlə büruzə verə bilər. Məsələn: oyanıqlıq sindromu- bu zaman uşağın oyanıqlığı artmış olur, iştahası azalır, qidalanma zamanı körpə tez-tez gəyirir, ana südündən imtina edir, daha az yatır, çətin yuxuya gedir və yuxusu səthi olur.

Perinatal ensefalopatiyanın əlamətləri kimi səbəbləri də müxtəlif ola bilər:

loading...
  • ananın müxtəlif xroniki xəstəlikləri

  • hamiləlik zamanı keçirilmiş kəskin infeksion xəstəliklər və ya xroniki infeksiya ocaqlarının aktivləşməsi

  • qidalanmanın pozulması

  • irsi xəstəliklər və maddələr mübadiləsinin pozulması

  • hamiləliyin patoloji gedişi (erkən və ya gec toksikoz, hamiləliyin pozulması təhlükəsi və s.)

  • doğuşun patoloji gedişi

  • vaxtından əvvəl doğulmuş və ya tam inkişaf etməmiş döl.

Dr. Leyla Ələkbərova

loading...

Bunuda oxu...