PERİKARDİTLƏR, DİAQNOSTİKA VƏ MÜALİCƏ

PerikarditPerikardit ürəyin xarici pərdəsi olan perikardannın kəskin və yaxud xroniki iltihabıdır. Perikardit keçirən insanların sayı bu diaqnoz qoyulanların sayından qat-qat çoxdur. Perikarit quru, eksudativ, yapışqan və konstruktiv olaraq 4 növə bölünür.

Perikardit xəstəliyinin kliniki əlamətləri. Kəskin perikardit zamanı ürək nahiyyəsində ağrı, ağırlıq hissi, yüksək temperatur müşahidə olunur. Altı aydan çox davam edən perikardit xroniki sayılır. Kəskin əlamətlər artıq olmur. Bitişmələrin nəticəsində ürəyin sıxılması əlamətləri , ağciyər və qaraciyərdə qan durğunluğu, boyun venalarının şişməsi yaranır. Eyni zamanda xroniki yorğunluq, arıqlama, tənginəfəslik, aritmiya, öskürək, udqunma pozulması, qaraciyərin böyüməsi, baş ağrıları da müşahidə oluna bilər.

Perikarditlər müxtəlif səbəblərdən ola bilər. Səbələri arasında belələri var:
– İnfeksion və qeyri-infeksion mənşəli
– Virus mənşəli perikarditlər
– Baktereoloji mənşəli perikarditlər
– Vərəm mənşəli perikardilər
– Başka infeksiyon mənşəli
– Autoimmun xəstəliklər zamanı yaranan perikarditlər
Ürək və yanaşı orqanların xəstəlikləri zaman yaranan perikarditlər
– Metobalik pozuntular zamanı yaranan perikarditlər
– Travmatik perikarditlər
– Perikardın şişləri zamanı yaranan perikarditlər
– Şüalanma nəticəsində yaranan perikarditlər
– İdotapik (naməlum mənşəli) perikarditlər

loading...

Diaqnoz həkim müayinəsi, laborator analizlər və instrumental müayinə metodları ilə qoyulur. Həkim xəstəni konsultasiya etdikdə onun plevra vərəqlərinin xarakterik, bir-birinə sürtünmə səsi eşidilir. İnstrumental metodlardan – EKQ, EXO-KQ, KT, MRT kimi müayinələr oluna bilər. Laborator analizlərdən qanda leykositlər, EÇS, CRZ, ALT, AST təyin olunur. Müalicə xəstəliyi yaradan səbəbdən asılı olaraq və simptomatik olaraq aparılır. Əsasən antibakterial və iltihab əleyhinə preparatlar geniş istifadə edilir.

Xanım Qurbanlı

loading...

Bunuda oxu...