PERİFERİK VAZOSPAM

Periferik vazospamPeriferik vazospazm termini əsas üç xəstəlik üçün tətbiq edilir: “Reyno sindromu”, “Livedo reticularis” və “Akrosianoz”. Reyno xəstəliyi əl və ayaq barmaqları, burun və qulaqlardakı damarları zədələyən bir xəstəlikdir. Həmin nahiyyələrdə damarlarda ani daralmayla ortaya çıxan tutmalarla müşahidə olunur. Tək xəstəlik kimi də ola bilər, lakin çox zaman başqa xəstəliklərlə yanaşı olur. Yanaşı bir xəstəlik olduğu zaman bu Reyno sindromu adlanır. Bu xəstəlik damar divarında qalınlaşmaya səbəb olaraq damarların çox tez büzülməsinə səbəb olur. Ən çox 15-40 yaş arası insanlarda müşahidə olunur. Soyuq iqlim şəraiti olan yerlərdə daha çox rast gəlinir. Xəstələrdə tutmalar əsasən soyuğa məruz qaldıqda və bəzən stress keçirdikdə ortaya çıxır. Əsasən əl və ayaq barmaqlarına təsir edir.

Normada soyuq hava ilə təmas olduqda bədən öz temperaturunu qoruya bilmək üçün istilik hasilatını azaltmağa çalışır. Bunun üçün səthi damarlar büzülür. Reyno xəstəliyi olan insanlarda bu çox ani və şiddətli olur. Və nəticə olaraq bədənin uc nöqtələri olan əl və ayaqlara qan axını ciddi şəkildə azalır.

Tutmalar başladıqda əl və ayaq barmaqlarında öncə ağarma, ardınca göyərmə və qızarma baş verir. Lakin bəzi xəstələrdə bu klassik sıralanma olmaya bilər. Ağarma barmaqların kiçik damarların ani qapanması zamanı, göyərmə isə qapanma olduğu üçün oksigenlə zəngin olan qanın hüceyrələrə çata bilməməsi ilə əlaqadar olur. Bu zaman barmaqlarda hissiyyat itir. Damarlar açılıb qan axını normaya düşdükdə dərinin rəngi qızarır. Tutmalar keçdikdən sonra barmaqlarda sanki dəri altında qarışqa gəzişir. Tutmaların müddəti bir neçə dəqiqədən
bir neçə saatadək ola bilər. Təkrar tutmalar dəridə səpkilərə və qanqrenaya səbəb ola bilər.

loading...

“Livedo reticularis” termini (torlu göy) dərinin işarəsi üçün təbiq edilir, hansı ki, görünüşcə dəridə balıqçı torunun toxunuşunu xatırladır. Bu torun hər hüceyrəsinin solğun mərkəzi dərmanı deşən perpendikulyar arteriola spazmasıyla izah olunur. Adətən qızlar və gənc qadınlar xəstələnirlər. Xəstəliyin yüngül hallarında temperatur enən vaxtı ətrafın dərisi mərmərə bənzəyir, amma tezliklə ilıq otağa keçdikdən sonra normal olur. Daha ağır hallarda dəridə torlu şəkil daima olur, dərinin ləkəli olması soyuma vaxtı ğözə çarpır, güclənir, ilıq otaqda o zəifləyir, amma tamamilə yox olmur. Dərinin dəyişiklikləri daha parlaq omalarda ifadə edilir. Hərdən omaların dərisində xırda yaralar müşahidə olunur. Arterial spazmanın səbəbi naməlum qalır. Əgər livedo reticularis tək xəstəlikdirsə, proqnoz tamamilə əlverişlidir.

Bəzi hallarda Livedo reticularis orqanizmin hər hansı ümumi xəstəliyinin brinci kliniki təzahürü olur, məsələn diffuz birləşdirici toxuma xəstəlikləri, təhlükəli qammapatiya, daxili sekresianın, polisitemiya, dərman dözülməzliyi, əsəb sisteminin xəstəlikləri. Tez-tez Livedo
reticularis və Reyno sindromu eyni xəstələrdə müşahidə olunur.

Akrosianoz yuxarı (üst) və alt ətrafların barmaqlarının bir ölçüdə olmayan tünd qırmızı rənglənməsi kimi görünür. Rəngləmənin pozulması bəzən pəncələrə və ayaqlara, yanaqlara və çənəyə çox nadir hadisələrdə yayılır. İlıq yerdə göyərmə adətən yox olur, soyuma və həyəcanın təsiri altında güclənir. Akrosianozu Reynonun sindromundan və diffuz göyərmədən ayırmaq lazım olur. Reyno sindromu vaxtı barmaqların göyərməsi vaxtaşırı inkişaf edir, akrosianoz vaxtı isə o daimidir.

Xanım Qurbanlı

loading...

Bunuda oxu...