PEDİATRİYA DÜNYADA VƏ BİZDƏ

Bizdə bu “xəstəliklər” var, dünyada isə yoxdur:

Kəllədaxili təzyiq

Timus xəstəliyi

loading...

Oksigen çatmazlığı, hipoksiya

Sümük boşluğu

Bağırsaqda “mikrob”

Nevroz uşaq və s.

Dünyada uşaqlar hamısı yeri yerində peyvəndlərini alır, bizdə isə valideynlər hamısı “həkim immunoloq” olub peyvəndi inkar edir.

Dünyada tibbə məlum olmayan bu dərmanlar (immunitet artıran, yaddaş artıran, iştah artıran, sakitləşdirən, gücləşdirən, oksigen dərmanları və s.) istifadə edilmir, bizdə isə hər 3 uşaqdan 2-si bu dərmanlardan qəbul edir.

Dünyada bütün uşaqlar doğulub 2 həftəsindən 2 yaşına kimi profilaktik D vitaminini alır, bizdə isə onun əvəzinə hər 3 uşaqdan 2-si kalsium siropları alır.

Dünyada əmgəyi kiçik hər uşağa vitamin D istifadəsini durdurmurlar, bizdə isə durdurulur.

Dünyada başı böyük hər uşağa “raxit” diaqnozu qoyulmur, bizdə isə böyük başlı hər uşaq “raxitə” görə “kalsium” içir.

Dünyada qızdırması olan hər uşağı əczaçı antibiotiklə müalicə etmir, bizdə isə əczaçı “doxdurlar” xalqı kütləvi antibiotik müalicəsinə məruz qoyur.

Dünyada yenidoğan sarılığını ehtiyac olduğu halda fototerapiya və ya qan dəyişmə ilə müalicə edirlər, bizdə isə qlükoza, şirin su, qaraciyər üçün, öd üçün siroplarla körpələr müalicə olunur.

Dünyada hər arıq uşağı xəstə uşaq kimi qəbul edib boş müalicələr aparılmır, bizdə isə bu bir ailə faciəsidir, “qonşunun uşağından geri qalmışlıq” sindromuna tutuluruq.

Dünyada uşaqlara dəcəllik, sözə baxmadığı üçün, yatmadıqları üçün dərmanlar verilmir, bizdə isə bu uşaqları dərmanla tərbiyə etməyə çalışırıq.

Dünyada qanda “ASO”-su yüksək,anginası olan hər uşağa “Revmatizm” diaqnozu qoyub, aylarla “Bicillin” müalicəsi aparılmır, bizdə isə …

Dünyada qurda görə uşaqlara qan analizi edib, aylarla sarımsaqlı siroplar, müəyyən aparatlarla müalicələr aparılmır, bizdə isə …

Dünyada “infantil kolik” qaz sancıları olan körpələri “sudurqa əleyhinə, qıcolma əleyhinə” fenobarbital, luminal, qluferal kimi dərmanlarla keyləşdirmirlər, bizdə isə …

Dünyada virus infeksiyalı uşaqlara antibiotiklər yazmırlar, bizdə isə…

Dünyada “stafilokokk” bir xalq düşməni deyil, bizdə isə..

Dünyada körpəni bələməzlər, əmziyə batırıb mürəbbə, bal verməz, gecələri şirin çay içirməz, 3-4 aylığından körpəyə xaş dadızdırmazlar, bizdə isə …

Dünyada qəbizliyi olan uşaqlara funksional qəbizlik diaqnozu qoyub dərmanla müalicə edirlər. Bizdə isə “Dolixosigma” bağırsağı uzanıb deyib əməliyyat edirlər və … ömür boyu şikəst edirlər..

Dünyada az qalsın doğulan hər uşağı massaj etdirməzlər bizdə isə…

Dr. Günay Rəsulova

loading...

Bunuda oxu...