PAROTİT NƏDİR

Parotit qulaqaltı vəzin iltihabi xəstəliyidir. Parotit mütəlif səbəblərdən yaraır. Epidemik parotit qulaqaltı vəzlərin,bəzən isə digər orqanların zədələnməsilə xarakterizə olunan kəskin uşaq infeksiyasıdır.

Orqanizmə daxil olmuş parotit virusu yuxarı tənəffüs yollarının, o cümlədən burun boşluğunun selikli qişalarının epitelində çoxalaraq qana keçir, bütün orqanizmə yayılır, eləcə də ağız suyu vəzlərinə daxil olur. Virus xayalara, yumurtalıqlara, mədəaltı vəzə, qalxanabənzər vəzə, beyin qişalarına və digər orqanlara keçərək iltihab törədir.

Gizli dövr 2-4 həftə, daha çox 14-18 gün davam edir. Xəstəlik yüksək hərarət, baş ağrıları və zəifliklə başlayır. Xəstəliyin ən xarakter əlaməti qulaqaltı vəzlərin şişməsi və ağrılı olmasıdır. Qulaqaltı vəzin birinin və ya hər ikisinin şişməsi xəstəyə xarakter görkəm verir.

loading...

Pubertat dövründən sonra epidemik parotit oğlanlarda xayaların,qızlarda isə yumurtalıqların iltihabı ilə fəsadlaşa bilər.

Mərkəzi sinir sisteminin zədələnməsi-aseptik meningitlər və meninqoensefalitlər də parotitin ən çox rast gəlinən fəsadlaşmalarındandır. Xəstəliyin 5-7-ci günlərində müşahidə edilən belə fəsadlaşmalar çox vaxt simptomsuz infeksiya fonunda xəstələrin 15%-də müşahidə edilir.

loading...

Bunuda oxu...