PARKİNSON XƏSTƏLİYİ

NevrozNeyrodegenerativ xəstəliklər arasında bu xəstəlik ən çox rastlanan xəstəliklərdən biridir.

Xəstəlik orta beyində yerləşən qara cisimdə (substantia nigra) dofamin hasil edən hüceyrələrin zədələnməsi nəticəsində yaranır.

Xəstəliyin səbəbi tam olaraq öyrənilməmişdir, lakin genetik, daxili və xarici faktorlara bağlı olduğu qənaətinə gəlinmişdir.

loading...

Xəstəliyin başlanğıc yaşı 50-70 yaş arasında olmaqla birlikdə daha gənc və ya daha yaşlı insanlarda da ortaya çıxa bilər.

Xəstəliyin klinik əlamətləri gizli bir şəkildə başlayar, zamanla həyat fəaliyyətinə mənfi təsir göstərər. İlkin dönəmlərdə yorğunluq, depressiya, yuxu pozulmaları, qoxu hissiyyatının zəifləməsi, boyun və çiyin ağrıları ilə də başlaya bilər. Sonrakı dönəmlərdə artıq motor bəlirtilər görülürki bunlar parkinson xəstəliyinə xas olan əlamətlərdi.

Xəstələrdə istirahət tremoru yeni sakitlikdə əllərində titrəmə görülür, hərəkət zamanı tremor azalır və ya tamamilə itir. Bradikineziya – iradi hərəkətlərdə yavaşıma müşahidə edilir. Ağladıqda və güldükdə uzun mimikasi ləngiyir ya da olmur – hipomimiya. Nitq yavaş, monoton və səs sakit olur. Xırda addımlarla, baş və bel bükülmüş vəziyyətdə addımlayırlar.

Oturarkən və yeriyərkən müvazinətlərini saxlaya bilmirlər, önə, arxaya və ya yana doğru yıxılırlar. Əzələ tonusunda müayinə zamanı artma – rigitlik görülür.

Parkinson xəstəliyinin müalicəsində medikamentoz – dərman müalicəsi, aktiv həyat tərzi və cərrahi müalicələrdən istifadə edilir.

Dr. Şəfəq Əliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...