PARAZİTİZM

YOLUXUCU XƏSTƏLİKLƏRMakro və mikroorqanizmin müxtəlif simbiotik bir-birinə faydalı və antoqonist  münasibətləri vardır. Parazit – digər canlı orqanizmlərdən yaşayış mühiti və qidalanma mənbəyi kimi istifadə edən orqanizmdir, parazitizm isə növarası münasibətlərin forması olub, bir canlı orqanizmin digəri tərəfindən qidalanma mənbəyi və yaşayış mühiti kimi istifadə etməsi ilə səciyyələnir.

“Parazit” anlayışına ekoloji baxımdan müxtəlif orqanizmlər daxildir. Parazitizmin dərəcəsi onların mövcud olmasının parazitik və qeyri-parazitik mərhələlərinin nisbəti ilə müəyyən olunur.

Parazitlərin 3 kateqoriyası ayırd edilir: obliqat, fakültativ və təsadüfi. Həqiqi-obliqat parazitlər yalnız sahibin orqanizmi ilə bağlıdır, onlar digər qidalanma tipləri ilə qidalanma qabiliyyətini itirmişlər, ona görə də ətraf mühitdə məskunlaşa bilmirlər.

loading...

Bu qrupa insana hemokontakt, cinsi, transplasentar, laktasiya yolu ilə ötürülən parazitlər daxildir.

Fakültativ parazitlər sahibin orqanizmi ilə yanaşı, sirkulyasiya prosesində ətraf mühitdə də yaşaya bilər. Bu qrupa insan üçün patogen olan mikroorqanizmlərin əksəriyyəti aiddir.

Təsadüfi parazitlər qrupunu “həqiqi” sapronozların törədiciləri təşkil edir ki, onlar üçün ətraf mühit növün saxlanmasını təmin edərək təbii şərait sayılır və parazitlər üçün insan orqanizmi vacib olduğu kimi, bu mühit də təsadüfi parazitlər üçün labüddür.

Fakültativ və təsadüfi parazitizm arasında keçid törədicilər qrupu mövcuddur.

İnsanın fəaliyyəti nəticəsində mikroorqanizmlərin xassələrinin dəyişilməsi baş verir. Məsələn, əhalinin kütləvi immunlaşdırılması, dezinfektantların, antibiotiklərin, stimulyatorların geniş tətbiqi, həmçinin infeksiya mənbəyinə, yoluxma mexanizminə təsir göstərən digər tədbirlər ona gətirib çıxarır ki, mikroorqanizmlər daha davamlı, yüksək virulentli olur, törətdikləri xəstəliklər isə zəif manifestdirlər.

İnfeksion xəstəlik – infeksion prosesin təzahürü olub, onun inkişafının son səviyyəsidir. Bu, yoluxmuş orqanizmdə baş verən bütün funksional və morfoloji dəyişikliklərdir.  Belyakov qeydedir ki, yoluxucu xəstəlik canlı törədici tərəfindən törədilənpatoloji prosesdir. Lakin illər keçdi və müəyyən edildi ki, elə xəstəliklər  vardır ki, onlar canlı orqanizmlərlə deyil, spesifik zülallar – prionlar tərəfindən törədilir.

Gedişinin müddətinə görə infeksion proses aşağıdakı mərhələlərə bölünür: kəskin, yarımkəskin, yəni uzunsürən və xronik.

Persistensiya edən infeksion proses, törədicinin orqanizmdə kəskin mərhələyə nisbətən daha çox qalması, yoluxucu xəstəlik lərin latent, xronik və ləng variantlarının əsasında durur. Persistensiyanın səbəbləri çox vaxt qeyri-spesifik müdafiə amillərinə və immun sistemin müdafiəsinə qarşı mikroorqanizmin davamlılığı, törədicinin özünəməxsus xassələri, makroorqanizmin immun sisteminin defisiti sayılır.

Qarışıq (mikst, assosiativ) infeksion proseslər iki və daha çox törədicilərlə şərtlənir, bu zaman orqanizmə iki törədicinin təsiri sadəcə, effektlərin cəmlənməsi ilə başa çatmır. Müasir dövrdə narkomaniya ilə xəstələrdə B+C tip viruslu hepatitlərlə eyni anlı yoluxma geniş yayılmışdır. Qarışıq infeksiya İİV/QİÇS-li xəstələr üçün olduqca səciyyəvidir, bu zaman virusla şərtlənən ikincili immundefisitin fonunda viruslar, bakteriyalar, göbələklər, ibtidailər qrupundan olan 2-4 patogenlə superinfeksiya baş verir.

Herminativ infeksion proses  bətndaxili yaranan və ya doğuşdan sonra anadangəlmə yoluxucu xəstəliyin inkişafı nəticəsində meydana çıxan prosesdir. Virus infeksiyalarından İİV-infeksiya, sitomeqalovirus infeksiyası, məxmərək, sadə herpes, bakterial infeksiyalardan – anadangəlmə sifilis, listerioz, cüzam, protozoy invaziyalardan – toksoplazmoz tipik xəstəliklərdir. Bu qrup xəstəliklər yayılmış və ağır gedişatı ilə səciyyələnir.

Autoinfeksion proses yalnız orqanizmin öz mikroflorası hesabına inkişaf edir ki, bununla da qarışıq formadan fərqlənir və adətən, qeyri-spesifik müdafiə amillərinin və makroorqanizmin immun sisteminin zəifləməsinə şərait yaradan kimyəvi preparatların və kortikosteroidlərin səmərəsiz istifadəsi ilə bağlıdır.

Yoluxucu xəstəliklərin strukturunda konvension  xəstəliklər ayırd edilir. Onlar bəzi yoluxucu xəstəliklərlə təmsil olunmuşdur ki, bu zaman məlumatlandırma sistemi və profilaktika tədbirləri beynəlxalq konvensiyalarla  müəyyən edilir. Konvension xəstəliklərlə yanaşı, xüsusi təhlükəli infeksiyalar qrupu da ayırd edilir. Buraya qəflətənyaranan, sürətlə yayılan və əhalini geniş şəkildə əhatə etməyə qabil olan insanın bir çox xəstəlikləri daxildir.

Onların hamısı ağır gedişi və yüksək letallığı ilə səciyyələnir. Bu xəstəliklər beynəlxalq sanitar-epidemioloji nəzarətə götürülür. Birinci razılaşmaya (1952-ci il) əsasən karantin xəstəliklərinə xüsusi təhlükəli infeksiya qismində taun, vəba, sarı qızdırma və təbii çiçək daxil edilmişdir.

Elə həmin vaxtda beynəlxalq tibbi-sanitar qaydaları qüvvəyə mindi, onun əsas məqsədi ölkə ərazisinə xəstəliklərin gətirilməsindən dövlətlərin əksepidemik müdafiəsinin təmin edilməsi idi. Qaydalar Milli səhiyyə orqanları tərəfindən konvension xəstəliklərin əmələ gəlməsi haqqında ÜST-ə təcili xəbər verməyi və ölkədə yaranmış epidemioloji vəziyyət haqqında ardıcıl məlumatlandırmağı tələb edir. ÜST öz növbəsində alınmış məlumatların tezliklə yayılmasına cavabdehdir. Müasir dövrdə konvension xəstəliklərə taun, sarı qızdırma və vəba aiddir.

Beynəlxalq səviyyədə yoluxucu xəstəliklərin yayılması üzərində ən effektiv nəzarət daima mövcud olan qlobal epidemioloji nəzarət sisteminə arxalanmaqdır. O həm yoluxucu xəstəliklər yayılmış ərazilərin aşkarlanmasına və sərhədlərinin kiçildilməsinə, həm də xaricdən gətirilən xəstəliyin yayılma riskinin azaldılmasına imkan verən əksepidemik tədbirlərin təkmilləşdirilməsinə yönəldilmişdir. Yoluxucu xəstəliklər üzərində qlobalepidnəzarət infeksiyanın nəinki bir ölkə hüdudunda, həmçinin ölkələr arasında yayılmasının öyrənilməsini nəzərdə tutur.

Ölkədə qüvvədə olan qaydalar xüsusi təhlükəli infeksion və parazitar xəstəliklərə – vəba, taun, sarı qızdırma; Lass, Marburq, Ebol virus hemorragik qızdırmaları; malyariya və ağcaqanadlarla yayılan insan üçün təhlükəli digər yoluxucu xəstəliklərə şamil olunur.

Yoluxucu xəstəliklərin populyasiya səviyyəsində insanlar arasında yayılması epidemik prosesdir. Epidemik proses – birbirinin ardınca davam edən infeksion hallar zənciridir, xəstəliyin simptomsuz formasından manifest formasına qədər təzahür edir ki, bu da kollektivdə dövr edən xəstəlik törədiciləri ilə şərtlənir.

O, bir və ya bir neçə xəstəlik halları və ya törədicigəzdirənlik aşkar edilən epidemik ocaqlar şəklində təzahür edir. Epidemik proses – sosial-bioloji hadisədir.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunlarıda bəyənə bilərsiniz ...