PARAQRİP

QripParaqrip tənəffüs yollarının kəskin xəstəliyidir, əsasən tənəffüs yollarının selikli qişasını zədələyir (qırtlaq iltihabı daha çox qeyd edilir).

Qısa tarixi məlumat və yayılması. 1956-cı ildə chanosk larinqo- bronxitli 2 uşaqdan əldə etdiyi CA (croup associated) virusunu, 1958-ci ildə respirator xəstəliyi ilə xəstə uşaqdan hemadsorbsiya üsulu ilə meymun böyrəyi hüceyrələrində əldə etdiyi 2 virusu təsvir etmişdir. Bu virusların qrip virusundan fərqlənməsi tədqiqatlarla təsdiq olunmuşdu. ÜST-ün viruslu tənəffüs yoluxucu xəstəlikləri Komitəsinin ekspertlər qrupunun qərarına əsasən bu xəstəlik paraqrip adlandırıldı.

Paraqrip geniş yayılmış xəstəliklərə aid olaraq dünyanın bir çox ölkələrində – ABŞ, Kanada, İngiltərə, Fransa, İtaliya, Danimarka və s. aşkar edilmişdir. MDB ölkələrində paraqrip xəstəliyi xüsusilə uşaqlar arasında tək-tək və yerli epidemik alovlanma şəklində geniş yayılmışdır. Onun rəsmi qeydiyyatı aparılmır.

loading...

Çox vaxt bu xəstəlik “qrip”, “kəskin zökəm”, “sətəlcəm” və s. diaqnozlar altında qeydə alınır. MDB ölkələrində uşaqlar arasında kəskin tənəffüs yollarının yoluxucu xəstəliklərinin orta hesabla 12-16%-ni paraqrip təşkil edir.

Paraqrip virusları xarici mühitə az davamlıdır, temperatur və işıq təsirindən tez məhv olurlar. 560С-də 15 dəqiqə ərzində yoluxuculuq qabiliyyətini itirirlər, otaq temperaturunda 5 gün yaşayırlar.

PQ-1, PQ-2, PQ-3 virusları mənfi 600С-də bir neçə il saxlanılır. Bu viruslar turş və qələvi mühitdə tez məhv olurlar, turş mühitdə yoluxuculuq qabiliyyətini tez itirirlər. Formalin, efir, ultrabənövşəyi şüalar virusları bir neçə saat ərzində məhv edirlər.

Həssaslıq. Paraqrip virusları əksərən kiçik yaşlı uşaqlarda xəstəlik törədir. Bəzən bu viruslar ana bətnində yoluxma nəticəsində yenidoğulmuşlar arasında qeyd edilir. Yenidoğulmuşların qanında anadan alınan spesifik əkscismilər aşkar edilir, onlar uşağın 5–10 aylığına qədər yox olurlar. Bir yaşdan yuxarı uşaqların böyük qismində PQ–3 viruslarına qarşı əkscisimlər yaranır, 3-5 ildən sonra isə uşaqların çoxunda bütün viruslara qarşı əkscisimlər qeyd edilir. Böyüklərin ancaq 6%-də paraqrip viruslarına qarşı əskcisimlər aşkarlanmır. Bütün yaş qruplarında PQ-3 virusuna qarşı əkscisimlər digərlərinə nisbətən daha çox əmələ gəlir.

Xəstəlik keçirəndən sonra immunitet əmələ gəlir, əhalinin çox hissəsində o, 5-6 yaşa qədər yaranır. Xəstəliyi keçirənlərdə virusu neytrallaşdıran, komplementi birləşdirən və hemaqlütininlərə qarşı əkscisimlər əmələ gəlir. Onların müdafiə müddəti 4-6 aydan 1-2 ilə qədərdir. İmmunitet tipospesifikdir.

Patogenez və klinikası. Paraqripin patogenezi kifayət dərəcədə öyrənilməmişdir. Viruslar tənəffüs yollarının selikli qişasını zədələyir; epitel hüceyrələrində inkişaf edir, onun dağılmasına səbəb olur. Burun yollarını və qırtlağı örtən epitel daha çox zədələnir. Selikli qişa zəif qızarır, şişir, selik ifraz edir. Qırtlağın selikli qişasının zədələnməsi paraqrip üçün səciyyəvidir. Uşaqlarda yalançı inağ əmələ gələ bilər. Xəstəlik inkişaf etdikdə traxeyanın (kəskin laringotraxeit) selikli qişası zədələnir, bronxit, bronxiolit və ağciyərin sətəlcəmi də baş verə bilər.

Çox vaxt viruslu paraqrip bakteriyalar tərəfindən törədilən iltihabla birlikdə qeyd edilir. İnkubasiya dövrü PQ-3 zamanı 2-5 gün, PQ-1 5-7 gündür. Orta hesabla inkubasiya dövrü 2-6 gündür. Paraqripin klinik gedişi müxtəlifdir – yüngül əlamətsiz gedişdən ağır xəstəlik halına qədər. Yüngül, inapparant forma, bir qayda olaraq böyüklərdə, ağır hallar isə kiçik yaşlı uşaqlarda (2-3 yaşa qədər) müşahidə edilir. Paraqripin proqnozu yaxşıdır, amma ağır klinik gedişdə (yalançı inağ, ağırlaşmış ağciyər sətəlcəmi, MSSnin zədələnməsi) ölümlə nəticələnə bilər. Təkrar xəstələnmə zamanı bir çox hallarda xəstəlik hərarətsiz keçir.

loading...

Bunuda oxu...