PAPİLLOMAVİRUS

Xəstəliyə səbəb insan papilloma virusudur (İPV). Virus cinsi yolla yayılır, həmçinin hamiləlik və doğuş zamanı anadan uşağa keçə bilər.

İnfeksiyaya yoluxduqdan 1-9 ay sonra xəstəliyin əlamətləri özünü büruzə verməyə başlayır. Xarici cinsiyyət orqanlarında, anus ətrafında, uşaqlıq yolu və ya sidik kanalının daxilində dəri rəngində və ya açıq qırmızı rəngdə ziyillər əmələ gəlir. Bəzi hallarda ziyillərin yastı şəkildə olması onları nəzərdən qaçıra bilər. Bəzi hallarda isə həmin ziyillərin sayı və ölçüləri artır və onlar tədricən gül kələminə oxşar şəkil ala bilir.

Elmi dildə bu ziyillər – kandiloma adlanır. Kandilomalar insanda yayıldığı sahədə qaşınma, yandırma hissiyyatı, ifrazatın olması, bir qədər qanaxma, işəmək  zamanı ağrı, cinsi əlaqə və gəzinti zamanı narahatlıq kimi hisslərə səbəb olurlar.

loading...

Hesab olunur ki, bir çox hallarda papilloma virusunun müəyyən tipləri qadınlarda uşaqlıq boynunun xərçənginin, kişilərdə isə xərçəng xəstəliklərinin bir hissəsinin səbəbidir.

loading...

Bunuda oxu...