PAP-TEST

Pap-test (Papanikolau yaxması, Papanikolau testi və ya sitoloji yaxma)  xərçəngönü xəstəliklər və uşaqlıq boynunun xərçəngini aşkar etməyə kömək edən yaxma ginekoloji müayinədir.

Bu xəstəliklər qadınlar arasında ən yaılmış hesab edilir. Xəstəlik dərhal inkişaf etmir, bunun ilkin simptomları vardır. Buna görə də həkim-ginekoloqlar xərçəng xəstəliklərinin profilaktikasına çox vaxt ayırırlar.

Bu analizdən müntəzəm olaraq hər bir qadın təxminən ildə bir dəfə keçməlidir. Hər zaman yadda saxlamaq lazımdır ki, uşaqlıq boynunun bu hissəsinin xərçəngi ilkin mərhələlərdə simptomsuz keçir. Cəmi bəzi qadınlarda qanlı ifrazatlar, qarının aşağı hissəsində ağrılar müşahidə olunur.

loading...

Ginekoloji müayinə zamanı yaxma 3 sahədən ağrısız olaraq götürülür:

Uşaqlıq yolunun çıxışından;

Uşaqlıq boynunun xarici səthindən;

Uşaqlıq boynunun kanalından.

Uşaqlıq yolunun yaxmasını keçirmək üçün ən əlverişli vaxt – menstrual siklin 10-cu və 20-ci günləri arasıdır.

Dr. Uma Abbasova

loading...

Bunuda oxu...