PANİK POZUNTUNUN ƏLAMƏTLƏRİ

Panik pozuntunun əlamətlərinin iki formada təsnifatlaşdıra bilərik:

Fiziki simptomlar:

Taxikardiya (ürək döyüntüsünün artması), ürək ritminin hiss edilməsi və yüksək rəqəmlərə qədər çatması

loading...

Sinədə ağırlıq hissi

Nəfəs darlığı

Sinədə ağrı hissi

Asfiksiya (boğulma)

Baş gicəllənməsi və yıxılacaqmış kimi olmaq, bədəndə tarazlığın pozulması

Gözün qaralması

Hipertoniya

Bədən temperaturunun aşağı düşməsi və ya yüksəlməsi, xüsusilə qulaq və yanaqda istilik hissi

Bədəndə həddindən artıq titrəmə

Mədəyə nəyinsə çökdüyü hissi

Ovuclarda tərləmə

Bulantı və ya ishal

Ağızda quruluq

Boğazda düyün hissi (isterik düyün)

Qeyri-real hisslərə aludə olma

Konsentrasiyada pozulma və aydın düşünməmək

Qismən iflic olma hissi

Panik pozuntunun ruhi simptomları (əsas qorxunun ölüm qorxusudur) aşağıdakı hisslər şəklində təsnifat olunur:

Ölürəm

İnfarkt keçirirəm

Dəli oluram

Özümənəzarəti itirirəm

Nəfəs ala bilməyəcəm və öləcəm

İflic oluram

Təzyiqim çox artdı, beyin qanaxması keçirəcəm

Nəbz vurğusu dəqiqədə 80/60, ürək döyüntüsü səbəbiylə qorxu yaşama

Hipertenziya xəstəsi və ya ürək xəstəsi olduğunu düşünmə

Dr. Vəfa Əkbər

loading...

Bunuda oxu...