PALÇIQLA MÜALİCƏ

Palçıqla müalicə terapiya müalicəvi xüsusiyyətlərə malik palçığın müalicədə istifadə olunmasıdır.

Müalicəvi palçıq yüksək istilik tutumuna və istilik saxlama qabiliyyətinə malik olan təbii üzvi mineral kolloidal birləşmədir. Onların tərkibində bioloji fəal maddələr, duzlar, qazlar, biostimulyatorlar və canlı mikroorqanizmlər vardır.

Mənşəyinə görə müalicəvi palçıqlar 6 qrupa bölünürlər: lil sulfidli, sapropelli, torflu, təpə, gilli lillər, hidrotermallı palçıqlar. Bütün palçıqların strukturu çox mürəkkəb fiziki-kimyəvi sistem təşkil edərək bir birilə qarşılıqlı əlaqədə olan 3 hissədən ibarətdir: palçıq məhlulu, palçıq skeleti və kollid kompleks.

loading...

Lilli sulfidli palçıqlar tərkibində mineral komponentlərin üzvi maddələrə  nisbətən daha çox olması ilə xarakterizə olunur. O, qara rəngdə olub hidrogen sulfid yaxud ammonium iyi verir.

Sapropel palçığı şirin su hövzələrində bitki və heyvan orqanizmlərinin çürüntülərinin çökməsi sayəsində əmələ gəlir. Bu palçığın ən fərqləndirici xüsusiyyəti tərkibində üzvi maddələrin daha çox olmasıdır.

Torf ali bitkilərin çürüntüsü hesabma əmələ gələrək tərkibində üzvi maddələr, əsasən huminlər üstünlük təşkil edir. Minerallığı çox az, reaksiyası zəif turş yaxud neytral olur. Torfların tərkibinin 65-90% su təşkil edir. Orada həmçinin hidrogen sulfid də olur. Kolloid əsasını isə humin maddələri, sellüloza və amin turşuları təşkil edir. Torfların istilik saxlama qabiliyyəti yüksək olur.

Gilli lil su hövzələrində zəif dispersli minerallaşmış az miqdarda az üzvi maddələri olan çöküntüdür. Rəngi boz, yüksək yapışqan, kolloidallığı və su tutumu az olub, tərkibində dəmir sulfid olmur.

Vulkan (təpə) palçığı nisbətən qatı, mexaniki tərkibi bir cinsli olmayan gilli qatışıqdır. O, adətən neft-qaz olan yerlərdə yerin təkindən tektonik çatlardan qaz, su fontanı, vulkan püskürmələri ilə yerin səthinə çıxır.

Hidrotermal palçıqlar vulkan püskürmələri nəticəsində əmələ gələn qatı gilli birləşmələrdir.

Peloid terapiya qan və limfa dövranım, mübadilə proseslərini, toxumaların trofikasım, toxuma tənəffüsünü yaxşılaşdırır, damarları genişləndirir, oksidləşmə bərpa olunma proseslərini sürətləndirir. Palçıq müalicəsi  bəzi iltihab mediatorlarına qarşı toxuma və hüceyrə reaksiyalarım məhdudlaşdırmaqla iltihabın eksudasiya fazasına təsir göstərir. Qara ciyərdə qlükogenin şəkərə çevrilməsini səfərbər edir, toxuma tənəffüsü fermentlərının fəallığmı artırır.

Palçıq yaxması qan damarlarını genişləndirir, sistolik və diastolik qan təzyiqini endirir, qanda eritrositlərin, hemoqlobinin, retikulositlərin miqdarını, ağciyərlərin həyat tutumunu artırır, tənəffusü dərinləşdirir və tezləşdirir, mədənin motor və sekretor fəaliyyətini normallaşdırır, mədə-bağırsaqlarda regenerativ və reparativ prosesləri sürətləndirir, böyrəklərin ekskretor funksiyasım artırır və hematuriyanı azaldır, cinsi orqanlarda iltihabı azaldır, sorucu təsir göstərir.

loading...

Bunuda oxu...