PƏHRİZLƏR

dietaPəhrizlər haqqında hər birimiz eşitmişik. Əsasənda qadınlar. Pəhriz idmansız artıq çəkini atmağın ən rahat yoludur. Ancaq mütəxəssilər bunun orqanizmə mənfi təsir etdiyini bildirirlər.

Məsələ sizin arıqlamağınızda deyil, məsələ necə arıqlamağınızdadır. Yeməkdən imtina edərək arıqlamaq tək mədə-bağırsaq traktına deyil, həmçinin digər orqanlarada təsir edir.

Pəhrizlər əgər düzgün edilirsə təhlükəli deyil. Bu zaman dietoloqa müraciət etmək gərəkdir. Dietoloq sizi müayinə edəcək və sizə uyğun pəhriz yaxud dieta planı quracaq. Pəhriz planı qurularkən sizin metabolizmanız, sağlamlığınızın vəziyyəti və digər faktorlar nəzərə alınır.

loading...

Adətən zərərli, yağlı, qızardılmış, şirin və un qida məmulatları rasiondan çıxarılır. Ancaq bu zaman qəbul etdiyiniz qida balanslaşmış və tam olmalıdır.

İdeal pəhriz aya bir neçə kilo arıqladan pəhrizdir. Bundan çox arıqladan dieta zərərlidir. Pəhrizlərin daha effektiv olması üçün dieta ilə eyzi zamanda idmanla məşğul olmaq olar. Bu zaman tək arıqlamayacaqsınız, həmçinin əzələləriniz bərkiyəcək, bədənə tonus verəcəksiniz və daha sağlam görünəcəksiniz.

Həfətəyə 5-10 kiloqram arıqlamaq söz verən pəhrizlər təhlükəli sayılırlar.  Belə dieta effektiv ola bilər, ancaq çox zaman kilolar sonra yenidən qayıdır. Bundan əlavə hormonal və metabolik pozuntular ola bilər.

Sərt pəhriz bu problemlərə səbəb ola bilər:

Böyrəklə problem

Pankreatit tutması

Bağırsaq mikroflorasının pozulması

Qarında ani ağrılar

Köp və diarreya

Dəri quruluğu

Gözlər altında dairələr

Heç bir pəhriz orqanizmdə mikroelementlər və vitaminlərin defisitinə səbəb olmamalıdır. Kaliy, dəmir, kalsiy və digər mineral çatışmazlığı orqanizmin ümumi vəziyyətinə çox mənfi təsir edə bilər. Nəticədə dırnaqlarla, saçlarla, problemlər yarana bilər, orqanizm zəifləyər və s. Həmçinin ürəklə problemlər mümkündür.

Vitaminlərin çatışmazlığı isə sinir sistemində problemlər yaradır,  görməni korlayır və yuxunu pozur.

Pəhrizlər seçərkən bütün mənfi və müsbət tərəflərini nəzərə alın. Daha tez ancaq sağlamlığa problem yarada biləcək nəticə, yaxud keyfiyyətli və orqanizmə zərərsiz dieta sizə daha uyğundur ? Həmçinin mütləq həkimlə məsləhətləşin.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...