PƏHRİZ SAXLADIM, ANCAQ ARIQLAYA BİLMƏDİM

PəhrizTez tez eşidirəm ki, “neçə növ pəhriz saxladım, ancaq arıqlaya bilmədim”. Əzizlərim, Səbəbini özünüzdə axtarın. Düşünə bilərsiniz ki, genetik faktor, hormonlar çəkiyə təsir göstərir, bunun da əsası var, ancaq çəkinin azalıb azalmamasında sadəcə bu səbəblər rol oynamır.

Kiminsə kökəlməyə genetik meyilliyi ola bilər, ancaq düzgün qidalanaraq, idman edərək çəkisini normada saxlaya bilər və tam əksinə, genetik arıq olan adam hərəkətsizliyi ilə, həddindən çox yeməklə kökələcək. Bu Genetikadan çox sizin özünüzdən asılıdır.

Arıqlamaq üçün ən effektiv üsul – bəzi vərdişlərinizi dəyişməkdir. Əgər sizi zahiri görünüşünüz qane etmirsə mütləq həyatınızda dəyişiklilər etməlisiz.

loading...

Bəziləri hesab edir ki, arıqladıqdan sonra yenidən əvvəlki həyat tərzinə qayıdaraq çəkisi yenədə normada qalacaq. Ancaq bu mümkün deyil. Gündəlik həyatınızda idman olsa, daha çox su içsəniz, rasionda tərəvəzləri çoxaltsanız zərərli qidalara daha az istək olacaq. Çəkiniz azalacaq və enerjiniz artacaq.

Birdən sərt pəhriz və aclıq tətbiq etməyin, yavaş yavaş rasionu dəyişin.

Arıqlamaq məqsədiniz varsa, sizin əvəzinizə heçkim heçnə dəyişməyəcək və möcüzəvi arıqlama həbi verməyəcək, sadəcə nəyisə dəyişməyə cəsarət edin və… bu o qədər də çətin deyil – normada yemək, çox hərəkət etmək! Və siz formadasınız, Sağlamsınız…

Dr. Vüsalə Tağıyeva

loading...

Bunuda oxu...