ÖZÜNƏ İNAMSIZLIĞIN ARADAN QALDIRILMASI

Bədbin ifadələr işlətməyin!

“Vaxtında özümə inanmamam üzündən çox şeyimi itirdim. Daha gecdir” deməyin… Unutmayın heç vaxt, heç nə gec deyil. Nə qədər ki, həyat var. İnamlı olmaq istəyirsinizsə inamsız kəlmələri unudun. ”Daha gecdir” kimi sözləri. Nə qədər ki, sabah var, nə qədər ki, yaşayırıq heç nə gec deyil.

Özünüzü “tanımağa” çalışın!

loading...

Özünə inamı mərhələ-mərhələ özünüzdə yarada bilərsiniz. Çünki buna məcbursunuz. Ətrafınızda sizə “Sən güclüsən”. “Sən hər şeyi bacararsan” deyən biriləri yoxsa özünüz özünüzə hər gün bu sözləri deməlisiz. Özünə inam yarananadək özünüzü “tanımağa” çalışın… Siz kimsiniz axı? Yad bir insanı müşahidə edirmiş kimi özünü seyr edin. İşə müsbət və mənfi cəhətlərinizi axtarmaqla başlaya bilərsiniz.

Bunlar nəyə lazımdır? Demədən əvvəl düşünün. Mənfilərinizi bilməklə sizə daim mane olan cəhətlərinizdən onları bilməklə qurtula bilərsiniz ancaq. Müsbət tərəflərinizi gördükdə isə bir anlıq da olsa özünüzlə qürur duyacaqsınız. Adi insan olmadığınızın, bu cəhətlərinizdən istifadə edərək bir çox şeylərə nail olacağınızın fərqində olacaqsınız.

Özünüzü sevin!

Özünüzü tanıdınızmı? O zaman növbəti mərhələ özünüzü sevməkdir. Təbii ki, bu sevgi özünə həddindən artıq vurğunluq dərəcəsinə çatmamaq şərtilə olsun. Güzgü qarşısında dayanıb “Mən gözələm. Məndə hər şey alınacaq” demək yetərli deyil. Əlbəttə bu da lazımdır. Ancaq yalnız zahirinizi deyil, ruhunuzu da sevməniz gərək. Ruhumuza əziyyət etməyək. Yalnız pis əməllərlə deyil, həyata səhv baxışımız, qeyri-ciddi həyat tərzimiz də ruhumuzu bizdən incik sala bilər. (Bu mövzu çox geniş olduğuna görə burda tam açıqlamıram)

Özünüzü qiymətləndirin!

Başqalarından bizi olduğumuz kimi qəbul etmələrini və bizə dəyər vermələrini gözləyirik. Bəs biz özümüz bunu son dəfə nə zaman etdik? Hər bir normal insan kimi bizim də çatışmayan tərəflərimiz ola bilər. Özümüzü olduğumuz kimi qəbul edib dəyərləndirməsək başqalarından bunu heç gözləməyək..

Nikbin olun!

Bu gün sizə xəyal kimi görünən arzularınızın yerinə yetəcəyinə inanın. İndiyədək sizə əlçatmaz görünən, amma yerinə yetərsə həyatınızı çox dəyişdirə biləcək azrularınızın mütləq gerçəyə çevriləcəyinə əmin olun. Başqaları bu arzunuza gülsə belə, sonsuz nikbinliyinizlə yolunuzdan dönməyin..

Uğursuzluqlardan güc alın!

Bəzən zəif insanlar rastına çıxan kiçik uğursuzluqları da böyüdərlər. Belələri həyatın özündən də, yaşamaqdan belə qorxarlar. Sağlam olduqlarında xəstələnmə ehtimalını, gənckən öləcəyini düşünürlər. Bununla da özlərində həyat eşqini söndürmüş olurlar. Siz əvvəlki mərhələləri yerinə yetirə bilsəniz, özünüzü daxilən gücləndirə bilmisiz demək. O zaman böyük uğursuzluqlar da sizi yolunuzdan döndərə bilməz.

Tək qalmaqdan qorxmayın!

Çox olub ki, sizə kömək lazım olan anda yanınızda kimsəni görməmisiz. Yaxınlarınız istəmədən də olsa belə sizi tək buraxmağa məcbur olublar. Belə sınaqllarla tez-tez rastlaşa bilərsiniz. Heç də ruhdan düşməyin. Əksinə düşünün ki, bu sizin üçün bir imtahandır.

Dr. Vəfa Əkbər

loading...

Bunlarıda bəyənə bilərsiniz ...