ÖZÜNƏ GEDƏN DOĞRU YOL

Özünə gedən doğru yolu tap nə deməkdir ?

Bu, insanın əsl Məninin tapılmasına aparan yoldur. Axı insan böyüdükcə ona verilən tərbiyə, qanun, qayda, əxlaq normaları, qorxu, sosial rolları üzündən bir çox maskalar geyməli olur. Və bu maskalar içində nəhayətdə özünü itirir.

Azmı rastlaşmışıq bu suallarla: “Nə istədiyimi bilmirəm“, “Məqsədlərimə nail olmuşam, hər şeyim var, amma ruhum rahat deyil, dincliyim, huzurum yoxdu“, “Həmişə harasa qaçıram, tələsirəm, bu anı yaşaya bilmirəm”.

loading...

Axı biz hardan bilirik ki, qarşıya qoyulan məhz bizim məqsəddi? Bəlkə kənardan yeridilib? Bəlkə başqasının arzusudu? Məhz bu sualları anlamaq üçün böyük bir səyahətə çıxmaq lazımdı: insanı özünü özünə aparan səyahətə…

Maskaların atılması. Autentik insan özünü başqası kimi qələmə vermir.

Məcburam” və “Doğrudur” ayırımını etməyi öyrənmək lazımdır.

Başqalarının gözləntiləri ilə yaşamamağı öyrənmək. Çünki adətən insan psixikası elədir ki, başqaları sənin arzunu yerinə yetirsin deyə, sən də onlara yarımağa çalışırsan. Amma autentik insan öz arzularını özü yerinə yetirir. Manipulyasiya və oyunlardan vaz keçir.

Özünə, öz yoluna görə məsuliyyəti özün daşıyırsan. Heç kəsi günahlandırmırsan.

Başqalarını da olduğu kimi qəbul etmək lazımdır. Başqaları və onların dəyərləri səninki kimi olmaya bilər və bu, çox normaldır.

Öz potensialının aşkar edilməsi və içində olanları reallaşdırma, aktuallaşdırma məharəti, özünəgüvənmə.

Fromm hesab edir ki: ” Autentik insan istənilən normalara riayət edə bilər. Burda vacib olan odur ki, o qaydaları dərk və hiss etsin. Əgər bu qaydaların doğruluğu anlaşılırsa, o zaman insanın özünün dəyərlərinə çevrilir və insanla onun arasında ziddiyyət qalmır. Başqa sözlə autentiklik qanunlara hayqırı deyil, bu, çox aktiv düşünən insan mövqeyidir, səssiz-səmirsiz riayət yox.

Dr. Günel Əhmədova

loading...

Bunuda oxu...