ÖZÜMƏ YAZIĞIM GƏLİR

Təşviş sindromuVə ya niyə bu qədər təəssüf hissi keçirirəm?

Məsələ burasındadır ki, təəssüf hissi insanın özünü günahkar hiss etməsinə, bu da onun daxilən zəifləməsinə, acizləşməsinə səbəb olur. Və bu hisslər davamlı olarsa, adət halına keçir. Nəticədə, insan özü də fərqində olmadan, əvvəl-əvvəl “mərhəmət hissi kimi təqdim olunanan” təəssüf hissinin “quluna” çevrilir, sonradan isə bu hiss tədriən biçarəliklə əvəz olunur. Və insanın özünün özünə yazığı gəlir.

Amma sizcə, özünüzə yazığınız gəlməkdənsə, həyatın gözəlliklərin görüb, ondan həzz almaq daha düzgün seçim olmazmı?! Bu necə etmək olar??? İlk növbədə, özünüzün zəif olduğunuzu düşünməkdən və diqqət cəlb etmək üçün ondan istifadə etməkdən əl çəkin! Siz, göründüyünüz kimi zəif birisi deyilsiniz… Daxili gücünüzü bərpa edin! Hərəkətə keçin! Arzularınızı reallaşdırmaq üçün qarşınıza məqsəd qoyun!

loading...

Məqsədə çatmaq üçün israrlı olun! Yubanmayın! Nailiyyətlər sizi gözləyir! Ətrafınızdakı insanlara kömək əlinizi uzatmağı unutmayın! insanlara yardım etdikcə, öznüzü yararlı hiss edib, fərəhlənirsiniz, öz gücünüzə inam yaranır. Alınan fərəh hissi sizin daxili enerjinizi daha da səfərbəyliyə alır. Bu da sizdə özünə güvəni bərpa edir. Və, ən əsası, çoxdan unutduğunuz sevinc hisslərini bölüşməyi yenidən öyrənirsiniz. Başqalarına kömək etməklə, əslində siz özünüzə kömək etmiş olursunuz…

Özünüzə yazığınız gəlməməsi üçün sevdiyiniz işlə məşğul olun! Nailiyyət qazanın! Nə qədər çətin olsa, geri çəkilməyin! İnsan istərsə, hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındadır, xarakterindən, tənbəlliyindən, hətta zəifliyindən belə asılı olmadan. Yetər ki, istək olsun!

Məqsəd olsun! Arzuları uğrunda mübarizə aparmağı bacarsın! Sevdiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyət qurun! Onlarla münasibət sizi daim fərəhləndirib, yüksək işlər görməyə sövq edəcək. Və nəticədə, xoşbəxt olmağı öyrənməyə başlayacaqsınız..

Acizlikdən, zəiflikdən qurtarmaq üçün bilməli olduqlarınız:

Beyinin fəaliyyətini artırın!

Daxili gücünüzə güvənin!

Onu səfərbəyliyə alın!

Məqsədyönlü olun!

Güclü insanlarlar kimi düşünün!

Güclü insanlarla ünsiyyət qurun!

“Yox!” deməyi bacarın!

Dr. Almaz Əskərova

loading...

Bunuda oxu...