ÖZGÜVƏN QAZANMAĞIN 10 YOLU

Özünüzə inamınız yoxdur. Özünə güvənən şəxslərə heyrət edir, bəzən onlar kimi olmaq istəyirik. Amma nə edəcəyimizi, nədən başlayacağımızı bilmirik. Potensialını dəyərləndirə bilməyən insanlar özlərini bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın…

Tənqiddən əl çəkməli. Tənqid – qiymətləndirmənin bir növüdür. Daha doğrusu, tənqid edərək biz insanları, özümüzü, vəziyyəti qiymətləndiririk. “Bu belə olmalıdır, başqa variantı ola bilməz” demək və ya kiminsə belə deməyinə göz yummaq nə dərəcədə doğrudur? Həyat çoxlarına “etmərəm, olmaz” dedikləri şeyləri etməyə o qədər məcbur edib ki! Ona görə, çalışın özünüzü də, başqalarını da tənqid etməyəsiniz.

Pis fikirlərdən uzaq durmalı. Bəzən hamını, hər şeyi günahlandırırıq, unuduruq ki, əslində pisliyin kökü elə öz içimizdədir. Biz pis düşündükcə, həyat da qarşımıza pis situasiyalar çıxarır. Xəstələnəcəyini gözləsən, xəstələnəcəksən. Sevgi gözləsən, sevgi gələcək. Hər şey bu qədər sadədir.

loading...

İstiqanlı, xeyirxah olmalı. Uğur yolunda ən birinci addım – səbirdir. İşdə uğur üçün təcrübə toplamalısınız, sevgidə uğur üçün gərək çox sevəsiniz və vaxtı gələndə hər ikisində də yaxşı nəticələrlə qarşılaşacaqsınız. Həyatı tələ yaşamaqdan əl çəkin, hər şeyin öz vaxtı var.

Başqalarına da, özünüzə də yazığınız gəlməməli. Kiməsə yazığı gəlmək əslində onu alçaltmaqdır. Bu, heç şübhəsiz belədir. Halına acımaq – yəni başına gələnlə, problemi həll etmək gücünə malik olmamaqla razılaşmaqdır. İnsan istəsə, dağı dağ üstünə qoyar. Heyf ki, əksəriyyət öz potensialından istifadə etmir, yaxud qıymır…

Razılıqdan qaçmalı. Kömək istəməkdən, bilmədiyiniz şeyləri soruşmaqdan utanmayın. Bu, heç də zəiflik əlaməti deyil. Zəiflik utancaqlıqdır. Bizim həyatın hər sürprizi ilə tək başına mübarizə aparmaq kimi bir öhdəliyimiz yoxdur. Əksinə, hər şeyi ətrafımızdakılarla birgə daha rahat həll edə bilərik. Uğurun sirlərindən biri məhz birlikdədir!

Dr. Vəfa Əkbər

loading...

Bunlarıda bəyənə bilərsiniz ...