OVULYASİYA NƏDİR

Ovulyasiya qadınlarda baş verən menstruasiya prosesinin bir hissəsidir. Menstruasiya prosesi 28-32 gün arası bir müddətdə olur. Ovulaysiya əsasən menstruasiya prosesinin 10-19-cu günləri arasında baş verir.

Ovulyasiya prosesi dövründə yumurtalar uşaqlıq borusuna düşərək burada sperma ilə mayalanır. Ovulyasiya beynin hipotalamus adlanan hissəsi tərəfindən idarə olunur.

Ovulyasiya prosesinin aşağıdakı mərhələləri mövcuddur.

loading...

Ovulyasiyadan öncəki mərhələ – bu zaman yumurta ətrafındakı hüceyrələr çoxalmağa uşaqlıq qatı isə qalınlaşmağa başlayır.

Ovulyasiya prosesi- bu prosesdə fermentlər gizlənərək yumurtada formalaşır və onun hüceyrələri uşaqlıq borusuna daxil olmağa başlayır. Bu artım prosesidi və təqribən 24 saatdan 48 saata qədər davam edir.

Ovulyasiyadan sonrakı mərhələ – bu vaxt mayalanmamış yumurtalar hormon istehsalını dayandırarkən mayalanmış yumurtalar isə uşaqlıq borusuna daxil olur.

Dr. Həmidə Əhmədzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...