OTURAQ SİNİRİ ZƏDƏLƏNMƏLƏRİ

“Belimdən ayağıma qədər bir ağrı hiss edirəm” və ya “Sanki gövdəmdən topuğuma kimi bir dartılma hissi var” kimi ifadələr oturaq siniri zədələnməsi olan pasientlərin bizə tez-tez söylədiklərindəndir.

Oturaq sinir ağrısı lokal ağri deyil. Ağrı sağrı nahiyəsindən ayağa və baş barmağa qədər yayılır. Bəzən ağrılar yüngül keçsə də, bəzən yerimənin pozulmasına belə səbəb olur.

Oturaq siniri zədələnmələri çox zaman fəqərəarası disk yırtıqları, disk sürüşməsi, bəzi onurğa xəstəlikləri, şəkərli diabet kimi sinir sıxışması ilə gedən xəstəliklərlə birlikdə rast gəlir.

loading...

Baş vermə səbəbləri arasında sinir sıxışması ilə gedən xəstəliklərlə yanaşı skolioz,anadangəlmə sümük deformasiyaları, travmalar və yalnış inyeksiyalardır.

ƏLAMƏTLƏRİ:

Ayaqlarda keyləşmə.sərtləşmə hissi,beldən topuğa və baldırlara qədər yayılan ağrı və s.

Müalicə ilk növbədə fizioterapiya və məşqlər, yanaşı olaraq ehtiyac olarsa dərman preparatları ilə aparılır.

Dr. Gülay Qurbanzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...