OSTEOPOROZ NƏDİR

OsteoporozSümük  daim təzələnən toxumadır. Sümüklərin orqanizmdə əsas vəzifələrindən biri mineral maddələr mübadiləsidir. İnsanın bütün ömrü boyu onun skeleti daimi regenerasiyaya uğrayır, yəni sümük toxuması daimi olaraq dağılır və yeni əmələ gələn sümük toxuması ilə əvəz olunur.

Müasir məlumatlara əsasən, insan skeleti 10-15 il ərzində tam şəkildə yenilənir. Yeniyetmə və gənc insanlarda sümüklərin əmələ gəlmə prosesi onların dağılması prosesindən üstün olur. Ona görə də onlarda sümük toxumasının sıxlığı artır.

Bu proses yalnız “sümük kütləsinin zirvəsi” adlanan müəyyən bir həddə qədər davam edir ki, bu da təxminən 20-30 yaş arasında baş verir. Bundan sonra isə sümük kütləsinin tədricən itirilməsi baş verir.

loading...

Osteoporoz zamanı nəinki sümük toxuması kütləsinin itməsi, həmçinin onun daxili strukturunun da pozulması baş verir ki, bunun da nəticəsində sümüklər kövrək olur. Bu zaman hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan da (boy ölçüsündə olan hündürlükdən yıxıldıqda, bədənin əyilməsi, çevrilməsi zamanı və s.) sümüklərdə sınıqlar baş verir.

Sümük toxumasının itirilməsi nəzərə çarpmadan baş verir və buna görə də xəstəlik yalnız sümükdə sınıq baş verdikdən sonra aşkar olunur. Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda, bazuönü sümüklərində baş verməsidir. Bu sınıqların tezliyi yaş artdıqca həm qadınlarda, həm də kişilərdə artmış olur. Ümumiyyətlə, sümük sınıqlarının 70%-nin səbəbi də məhz osteoporozdur.

Sınıqlar içərisində məhz fəqərələrin və bud sümüyü boynunun sınıqları osteoporoz xəstəliyinin ən ciddi fəsadlarından hesab olunur. Belə ki, bud sümüyü sınığı olanlar arasında travma aldıqdan sonra 1 il ərzində ölənlərin sayı 30% təşkil edir. Bu sınığa məruz qalanların 1/3-i özlərinə xidmət göstərmək qabiliyyətini itirərək digər şəxslərin daimi qulluğuna möhtac olur, 50%-ndə isə həyatın keyfiyyəti aşağı düşür.

Onurğa sütununda olan sınıqlar beldə daimi ağrıların yaranmasına, boy ölçüsünün qısalmasına, onurğanın deformasiyasına (“dulluq qozbeli”) və daxili orqanların funksional pozğunluqlarına səbəb olur. Hazırda müasir dərman preparatlarının tətbiq edilməsi, müvafiq qida rejimi, fiziki hərəkətlər və həyat tərzinə əməl edilməsi nəticəsində osteoporozu müvəffəqiyyətlə müalicə etmək və sınıqların baş verməsinin qarşısını almaq olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...