OSTEOPOROZ NƏDİR

OsteoparozOsteoporoz sümük toxumasının sıxlığının azalması və dağılması ilə gedən prosesdir, çox zaman sınıqlar ilə müşayət olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, menopauzanın başlaması ilə birgə hər iki qadından birində osteoporoz yaranır.

İndiki dövrdə xəstəlik epidemiya xarakteri daşıyır: ürək-damar xəstəliyi və onkoloji xəstəliklərlə müqayisədə bir neçə dəfə daha çox rast gəlinir, bu da əlilliyə, bəzən xəstələrin ölümünə səbəb olur. Bu statiskaya baxmayaraq, xəstəliyin aşkar olunması və vaxtında müalicə edilməsi qadınlarda aşağı səviyyədədir.

Əksər hallarda, osteoporoz 45 yaşın üzərində olan və menopauza keçirmiş qadınlarda rast gəlinir. Xəstəliyin inkişafı – cinsi hormon olan estrogenin səviyyəsinin azalması ilə əlaqəlidir.

loading...

Sümükdə gedən maddələr mübadiləsi estrogen hesabına yaranır, sümük toxumasının yaranmasında və əriməsində tarazlığı saxlayır. Estrogenin səviyyəsi aşağı düşdükdə sümükdə ərimə sürətlənir. Menopauzanın başlamasından təxminən 10 il sonra sümük toxumasının kütləsi 30% olar.

Xəstəlik süni menopauzadan sonra da yarana bilər, məs; yumurtalıqların götürülməsi və ya estrogenin səviyyəsini azaldan dərmanlardan istifadə edilməsi nəticəsində inkişaf edə bilər.

Osteoporozun yaranmasına təsir göstərən amillər:

Keçirilmiş (aktiv) revmatoid artrit;

Tiroid (qalxanvari) və paratiroid vəzinin xəstəlikləri;

Xroniki bağırsaq xəstəlikləri;

Siqaret və alkoqol istifadəsi;

Qida məhsullarında kalsiumun az olması;

Uzun müddət günəş altında gəzməyən insanların vitaminlərdə D-in çatışmazlığı;

Qlükokortikoid hormonlarının uzun müddətli istifadəsi;

İrsiyyət.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...