ÖSKÜRƏK

Öskürək  tənəffüs yollarında yad cisimləri, seliyi və bəlğəmi çıxarmaq üçün qoruyucu-reflektor aktdır. Öskürək təkanı səs yarığı bağlı ikən birdən-birə baş verən kəskin nəfəsvermədir. Səs yarığı birdən-birə açıldıqda hava bəlğəmlə və tənəffüs yollarında yığılmış başqa yad cisimlərlə (toz, selik və s.) birlikdə zərblə ağızdan çıxır. Tənəffüs yollarının seliyi burundan gəlmir, çünki öskürək zamam burun boşluğunu yumşaq damaq örtür. Quru və yaş öskürək ayırd edilir.

Quru öskürəkdə bəlğəm olmur, quru plevritdə,  faringitdə və kəskin bronxitlərdə quru öskürək olur, bəzən o bronxial astmada da olur. Yaş öskürəkdə bəlğəm ifraz olunur. Bəlğəm nə qədər duru olsa, bir о qədər asan çıxır. Bədənin vəziyyətini dəyişdikdə çoxlu bəlğəm ifrazı ilə baş verən öskürək boşluqlu xəstəliklərə (abses, bronxoektazlar) xasdır. Qida qəbul etdikdə baş verən öskürək qida borusu ilə traxeya, yaxud bronxlar arasında fistula olduğunu göstərir; məsələn, qida borusundakı şiş buranı deşib bronxa keçdikdə
belə olur.

Qusma ilə müşayiət olunan öskürək göyöskürəkli xəstələrdə, vərəmin bəzi formalarında, habelə xroniki faringitdə olur, çünki bu vaxt özlü bəlğəm əsnəyin həssas selikli qişasını qıcıqlandırır. Bronxlann, ağciyərlərin, plevranın iltihabında öskürək daimi, yaxud ağciyər və bronxların xroniki iltihab xəstəliklərində vaxtaşırı ola bilər. Adətən belə hallarda öskürək zamanı çoxlu miqdarda (ağız dolusu) irinli bəiğəm ifraz olunur.

loading...

Öskürək zamanı birinci növbədə əsas xəstəliyi müalicə etmək lazımdır. Xəstənin başını hündür qoymaq, lazım gəldikdə, kürəyinin altına yaxşı çırpılmış 2-3 yastıq qoyulur. İçmək üçün ilıq südə natrium-bikarbonat töküb (1 stəkan ilıq südə bir çimdik soda) verirlər. Qoyunqıran dəmləməsi ilə aparrılan inhalyasiya (1 stəkan qaynar suya 1 xörək qaşığı ot töküb 30 dəqiqə saxlamalı, sonra süzüb pulverizatorla, yaxud əl inhalyatoru ilə nəfəs almalı), boğazı evkaliptlə, tünd çayla yaxalamaq (1 stəkan qaynar suya 1 çay qaşığı) yaxşı kömək edir.

Bəlğəmin yaxşı çıxması üçün xəstələrə devyasil kökünün, dəvədabapı (termopsis) otunun dəmləməsini, ilıq südlə borjom verirlər. Öskürək refleksinin qarşısını almaq üçün kodein, kodterpin, dionin təyin edirlər. Yuxarı tənəffüs yollarıda iltihab hallarını azaltmaq üçün yayındırıcı vasitələrdən istifadə edirlər—xardal kağızı, banka qoyur və s. Bəlğəm hayxıran bütün xəstələrin cibdə gəzdirilən qapaqlı tüpürcək qabı olmalıdır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...