ORAL KONTAKTLARIN TƏHLÜKƏSİ

Ağız boşluğunda yaşayan bakteriyalar prostat vəzin iltihabına səbəbdir.

Prostat vəzin iltihabı sidiyə tez-tez çağırışın olması, siyimə aktının çətinləşməsi, sidiyin və spermanın orqanizmdən çıxarılması zamanı ağrı, yanğı hissinin olması, ağır hallarda isə halsızlıq, titrəmə və qızdırma ilə səciyyələnən xəstəlik olub səbəblərindən biri ağız boşluğunda yaşayan Porphyromonas gingivalis, Prevotella intermedia, Treponema denticola и Escherichia coli adlı patogen mikroblardır.

Elm adamları yaşı 20-40 arası olan hər onuncu kişinin kəskin bakterial prostatitdən əziyyət çəkdiyini təyin etmişlər. Xəstələnmə səviyyəsi dünya üzrə 25-30% dir. Damaq badamciqları üzərində, kariesli dişlərdə olan bakteriyaların kişilərdə sidik kanalı və prostat vəz üçün təhlükəli olması oral sekslə aktiv məşğul olan kişilərin kəskin prostatitlə xəstələnmə göstəricilərinin yüksək olması ilə bəlli olur. Fərqli cinsi tərəfdaşlarla coxsaylı oral əlaqələr infeksiyanın keçmə riskini artırır. Məhs bakteriya və viruslar da prostat vəzin iltihabını provokasiya edir.

loading...

Başqa sözlə oral seks prostat vəz iltihabının əmələ gəlmə riskini artırır. Qorumasız əsasən də təsadüfi oral əlaqə kişini cinsi yolla yoluxan xəstəliklərdən xlamidioz və qonorreya ilə də üz-üzə qoya bilər. Ay ərzində 20 dən çox qorumasız oral əlaqə yaşayan kişilərin ay ərzində bu cür əlaqələrə say etibari ilə 15 dəfədən az girən kişilərlə müqayisədə daha intensiv olaraq kəskin bakterial prostatit diaqnozu ilə tibb müəssisələrinə müraciət etmişlər.

Kəskin halda spermanın bədəndə çıxması zamanı agrının, spermanın qanlı olması kişinin stress yaşamasına, depressiyaya düşməsinə səbəb olur ki,bu da istər istəməz qadınla münasibətin ən yaxşı halda pisləşməsiylə nəticələnir.

Araşdırmaçılar bu qənaətə gəliblər ki, eyakulyasiya zamanı mikrobların toksinləri də orqanizmi tərk edir deyə cinsi həyat yaşamaq həm prostat vəzin iltihabi xəstəliklərinin profilaktikasıdır, həm də immun sistemi gücləndirdiyinə görə prostat vəz xərçənginin əmələ gəlmə riskini azaldır.

Amma ənənəvi olmayan cinsi əlaqələrdən sonra prostat vəz iltihabına görə müayinə və müalicəyə cəlb olunan pasientlərdə 8-14% halda səbəbkarın  ağız boşluğunda yaşayan mikroorqanizmlərin olmasını ən son metodlar olar polimeraz zəncirvari reaksiyalar, əks transkripsiya reaksiyaları təsdiqləyirsə bu barədə hər bir kişinin bir daha düşünməsində fayda var.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...