ONURĞA VƏ SÜMÜK SAĞLIĞINA FAYDALI QİDALAR

Bir çox mütəxəssislər sağlam və güclü sümüklər üçün, xüsusilə də bel və onurğa sümüklərinin güclü olması üçün düzgün və sağlam qidalanmanın vacib şərt olduğunu hər fürsətdə vurğulayırlar.

Kahı, o cümlədən kalsium tərkibi zəngin olan şüyüd, kəsmik və digər süd məhsulları ilə aktiv qidalanmaq güclü sümüklər deməkdir.

Balıqda olan Omega 3 yağ turşuları ehtiva etdikləri kolagen maddələrlə hüceyrələrin yenilənməsi asanlaşdırır. Bu da müalicə üçün çox əhəmiyyətlidir.

loading...

İdeal olaraq, gündə 8-10 stəkan su içilməsi yaxşı olar. Kənd təsərrüfatı məhsulları cəhətdən ölkəmizdəki bolluğu nəzərə alsaq mövsümə uyğun tərəvəz, meyvə, təzə ət, balıq, təbii süd, yumurta ilə qidalanmaq varkən, konservlər və Şirniyyat kimi nitrat, şəkər, doymuş yağ, qarğıdalı siropu ehtiva edən məhsullara yönəlmək doğru olmaz və sağlamlığa zərərlidir.

Dr. Sənan Cəfərov

loading...

Bunuda oxu...