ONURĞA SÜRÜŞMƏSİ ZAMANI  CƏRRAHİYƏSİZ MÜALİCƏ

OnurğaCərrahiyyəsiz müalicə onurğanın çox sürüşmədiyi hallarda, ilkin olaraq əməliyyatsız müalicələr başlanılır. Bəzi pasientlərdə şikayətlərin artıb artmadığını izləmək üçün, xəstə sadəcə müşahidə altında tutulur. Ağrı və spazmları azaltmaq üçün dərmanlar verilə bilər.

Həkiminiz fiziki aktivliyinizi azaldaraq, belinizə istirahət vermənizi tələb edə bilər. Bu inflamasiyanın azalmasına və əzələ spazmlarının sakitləşməsinə kömək olur.

Belinizin sağalması üçün bir müddət idman və bənzər fiziki aktivlikdən uzaq durmalı olacaqsınız.

loading...

Dinlənmənizə baxmayaraq şikayətləriniz hələ də davam edirsə, 2-3 aylıq sərt bel korseti taxmalı olacaqsınız. Bu öz növbəsində onurğanın hərəkətliliyini azaldaraq, nəticədə inflamasiya və spazmın yaxşılaşmasına səbəb olacaq.

Korset takdığı halda belə şikayətləri davam edən pasientlərə epidural yolla steroid iynələr vurula bilər. Bu iynələr ağrı və şişkinliyi azaldacaq. Bəzi hallarda bu iynələr belə ağrının keçməsini təmin etmir.

Xəstələr eyni zamanda fizioterapevtlə də çalışırlar. Fizioterapevtlər, onlara xüsusi pozisiylar və fiziki hərəkətlər göstərir. Bu fiziki hərəkətlərin sayəsində bel əzələlərinin elastikliyi artacaq, qarın və kürək əzələləri isə güclənəcək.

Dr. Elşən Ağabalayev

loading...

Bunuda oxu...