ONURĞA BEYNİNİN ŞİŞLӘRİ

Onurğa beyninin şişlәri  onurğa sütununun hüceyrәlәrindә әmәlә gәlәn törәmәlәrdir. Törәmәlәr hәm onurğa beyni kanalının daxilinә hәm kәnar orqanlara, toxumalara yayıla bilir. Onurğabeyni şişlәri fәrqli quruluşa malik hüceyrәlәrdәn ibarәt olaraq müxtәlif olurlar. Sümük toxumalarının şişlәri arasında onurğa beyni törәmәlәri çox yayğın deyil, 5-15% tәşkil edir.

Onurğa beyni şişlәrinin әmәlә gәlmә sәbәblәri tam olaraq tibbdə bəlli deyil, sadәcә bir neçә risk faktorları mövcuddur:

genetik faktor

loading...

bәzi kimyәvi birlәşmәlәr

ionizә edәn radiasiya

sıx sıx vә uzun müddәt günәş şüalarına vә ya süni ultrafioletә (solyariy) mәruz qalmaq

siqaret çәkmәk.

Bu törәmәlәr xoş- vә bәdxassәli ola bilər. Xoşxassәli törәmә kapsula içindә olur, heç vaxt metastaz vermir vә xәstәnin orqanizmində sistemli pozulmalara səbəb olmur. Cәrrahi üsulla bu törәmәlәri asanlıqla aradan qaldırmaq mümkündür.

Bәdxassәli törәmә isә orqanizmdә özünü: iştahın olmaması, zәiflik, arıqlama kimi xüsusiyyətlərlə göstərir. Pasient düzgün müalicә olunmasa bu xәstәlik ölümlә nәticәlә bilər.

Şişlәrin böyümә xarakterinә görә 2 növü var:

endofitşişlәr: xәstә hüceyrәlәr ancaq sümük toxumanın daxilindә artır.

ekzofitşişlәr: törәmәnin hüceyrәlәri sümük toxumadan kәnarda da artırlar; әzәlәlәri, damarları, başqa toxumaları әhatә edirlәr.

Şişin mәnbәyinin sayına görә:

monotoptörәmә – törәmә mәnbәyi birdir;

politoptörәmә – törәmә mәnbәyi bir neçәdir, hәm bir fәqәrәni hәm dә bir neçәsini әhatә edir.

Dr. Elşən Ağabalayev

loading...

Bunuda oxu...