ONURĞA ƏYRİLİYİ

OnurğaGünümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza fikir vermirik. Buna görə də insanlar arasında onurğa əyriliyi artmaqdadır. Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir.

Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil qol, ayaq, çiyinboyunda da sümüklər əyilir, sızlamalar başlayır.

Onurğa əyriliyinin səbəbləri:

loading...

Doğuş zamanı zədə

Hamiləlik vaxtı ananın düzgün qidalanmaması

Ağır yük qaldırmaq

Düzgün oturmamaq

Revmatizma

Genetik (irsi)

Onurğa əyilməsinin üç növü var:

Skolioz

Kifoz

Lordoz

Onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur.

Skolioz onurğa sütünunun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna «ağır skolioz» deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır.

Skolioza daha çox məktəblilər arasında rast gəlinir. Hazırda hər üç məktəblidən birində skolioz aşkarlanır. Məktəblidə bel ağrısının olması normal hal deyil. Əgər məktəb yaşlarında skolioz aradan qaldırılmazsa bu, gələcəkdə uşağın çiyinlərinində əyriliyinə səbəb ola bilər. Bel əyriliyi isə get-gedə ayaq sümüklərinin də əyilməsinə gətirib çıxarır.

Skoliozun yaranmasına səbəb sinir sisteminin zədələnməsi, əzələlərdəki balansın, onurğadakı sümük inkişafının, endokrin vəziyyətin pozulması və D vitamini çatışmazlığı səbəb olur.

Skoliozun idieopatik növü də var. Yəni xəstəliyin yaranma səbəbi məlum olmur. Bəzən körpə uşaqda da REVMATIZM xəstəliyi olur. Onun qarşısı vaxtında alınmadıqda skolioza çevrilir.

Kifoz

Kifoz zamanı döş qəfəsi önə doğru əyilməyə başlayır. Onurğalar arasındakı əyrilik anadangəlmə əyrilikdən daha az və elastik olur. Döş qəfəsində əhəmiyyətli dəyişikliklər olur.

Döş qəfəsi önə doğru əyildikdə qozbellik yaranır.

Lordoz

Lordoz zamanı insanlar elə bilirlər ki, qarınları çıxır, buna əhəmiyyət vermirlər. Bu zaman insanın yerişi də dəyişir. Nəfəsalma çətinləşir.

Onurğa əyriliyinin fəsadları

Bu xəstəliyin bütün növləri orqanizm üçün təhlükəlidir. Onurğa əyriliyi insanda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu, həm də əsəb sisteminə pis təsir edir. Onurğa əyriliyi raxitliyəiflicə gətirib çıxarır. İnsanda daim təzyiq və ürək nahiyəsində ağrılar olur. Uzun müddət müalicəsiz qalanda ayaqlarda tutulmalar baş verir.

Dr. Sənan Cəfərov

loading...

Bunuda oxu...