OĞLANLARDA CİNSİ İNKİŞAF LƏNGİMƏSİ

Hipotalamus hipofiz-testis sistemindəki hər hansı bir səviyyədəki çatmamazlıq hipoqanadizmə səbəb olur. Hiperqonadotrop hipoqonadizm xaya primer çatmamazlıqdır.

Oğlanlarda cinsi inkişafın başladığını göstərən ilk fiziki əlamət testis böyüməsidir. Testis, yəni xaya, həcmi 4 ml-ə çatdığında artıq cinsi inkişafın başladığı qəbul edilir və bu təxmini olaraq 11-12 yaşlarda baş verir. Lakin 9 yaş ilə 14 yaş aralığında da hər hansı bir zamanda başlanması da normal sayılır.

Əgər testisdə həcm dəyişikliyi yoxsa qasıq və qolaltı nahiyyələrdə tüklərin çıxması cinsi inkişafın başlamasını göstərmir. Çünki, tüklərin çıxması adrenal vəzin olğunlaşmasını göstərir, hipotalamus-hipofiz-testis sisteminin deyil.

loading...

Əgər 14 yaş tamam olmasına baxmayaraq xaya böyüməsi yoxdursa bu artıq gecikmiş cinsi inkişaf sayılır.

Əsas məsələ isə konstitusional puberta – cinsi inkişaf ləngiməsi ilə hipoqonadotrop hipoqanadizmi differanse etməkdir. Düzgün və geniş toplanmış anamnez və həkimin ətraflı müayinəsindən sonra yoxlanılan bəzi laborator və dinamik testlərlə bu ayırımı etmək mümkündür.

Dr. Ləman Sultanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...