OĞLAN UŞAQLARININ CİNSİ İNKİŞAFDAN GERİLƏMƏSİ

Oğlan uşaqlarında keçid dövrünə kimi cinsi inkişaf çox sakit heç bir gözə çarpan dəyişikliklər olmadan keçir. Təxminən 10-12 yaşında oğlan uşaqlarında gənclərə xas olan dəyişikliklər görsənməyə başlayır. Bu dəyişikliklər 13-14 yaşlarında daha da nəzərə çarpır.

Cinsiyyət orqanı

Oğlan uşaqlarında 11 yaşından cinsiyyət orqanı böyüməyə başlayır. Əgər bu yaşda orqanın olçüsü sakit vəziyyətdə 4 sm olursa 14 yaşında 7 sm 18 yaşında 10 sm-ə çata bilir. Nəzərə almaq lazımdır ki bu rəqəmlər nisbidir və burada heç bir konkret normativ qoyula bilməz.

loading...

Xayaların böyüməsi

Bu prosses təxminən 11-12 yaşlarında başlayır.

Tük örtüyü

İlk tük örtüyü qasıq nahiyəsindən başlayır. Artıq 12-13 yaşlarında qasıqda hissəvi olaraq tüklər görsənir. Bu proses çox uzun çəkir. 15-16 yaşlarında qasıq tük örtüyü romb formasını alır və 17-18 yaşlarında ayaqların iç tərəfinə kimi yayılır. Ən gec – təxminən 14 yaşlarında qoltuq altında tüklər görsənməyə başlayır. Halbuki 11-12 yaşlarında qoltuq altında bir dənədə tük olmur. Kişiləri fərqləndirən bir şey də üzün tük ortüyüdür. Üzdə ilk tük 13-14 yaşlarında üst dodağın üstündə görsənməyə başlayır və 17-18 yaşda tam formalaşır.

Səsin dəyişməsi

13-14 yaşında səsin sınması və qırtlaq nahiyəsində qabarma müşahidə olunur. Artıq 17 yaşında oğlanlarda kişi səsi formalaşır.

Dr. Termur Məmmədov

loading...

Bunuda oxu...