OFİSDƏ NAHAR

Stastistika göstərir ki, ofislərdə çalışanların 68 faizi nahar fasiləsində normal qidalanmır, 25 faizi isə ümumiyyətlə, nahar etmirlər. Təbii ki, sağlam orqanizmin açarı birinci növbədə balanslı şəkildə qidalanmadır.

Buna görə, iş başında, ofis şəraitindəki qidalanmağa ciddi şəkildə fikir vermək lazımdır. Aparılan araşdırmalara görə, işdə qidalanma tərzi beyinə və fiziki performansa çox böyük təsir göstərir.

Yemək rejiminin pozulması iş keyfiyyətini aşağı salır. Gün ərzində antioksidan xüsusiyyətinə malik alma, ərik, armud, naringi kimi meyvəvə quru meyvələr qəbul etmək lazımdır. Nahar fasiləsində tərəvəz salatları və taxıl məhsullarından istifadə edilməlidir. Xüsusilə, hərəkətsiz bir ofis həyatı olanlar qida seçiminə diqqət etməlidirlər.

loading...

Gün ərzində süd məhsulları istehlak edilmirsə, nahar vaxtı ayrandan istifadə mütləqdir. Kompüter qarşısında oturanlar maye qəbuluna ciddi fikir verməlidirlər. Çünki kompüter şüaları bədəndən mayenin daha çox buxarlanmasına səbəb olur.

Şüa daha çox gözdə, üzdə quruluq yaradır. Ona görə də, masa və kompüter arxasında oturanlar nə qədər çox maye qəbul etsələr bir o qədər yaxşı olar. Bura bitki çayları, yaşıl çay, təbii şirələr, ayran, adi saf su daxildir.

loading...

Bunuda oxu...