ÖDEM NƏDİR

ÖdemÖdem  su mübadiləsinin pozulması nəticəsində bədən  boşluqlarında və toxumalarda suyun toplanmasıdır. Ödemin baş verməsində suyun qan damarlarından diffuziya yolu ilə toxumaya keçməsi və toxumanın onu saxlaması əsas rol oynayır.

Ödem mayesinin xüsusiyyəti onun xüsusi çəkisinin az və zülalın cüzi miqdarda olmasıdır.

Açıq-aşkar görünən ödemlərdən əvvəl mayenin ləngiməsinin gizli dövrü olur, bu vaxt sidik ifrazı azalır və bədənin kütləsi artır. Ağır hallarda qıçlar və gövdə çox şişir. Dəri quru, hamar, solğun olur, qabıq verir, о istini az hiss edir. Ödemli yerleri basdıqda çuxur qalır və uzun müddət çəkilmir. Dərinin üzərində dəyişəyin büküşlərinin izi qalır. Ödemli xəstələrdə yataq yaraları tez əmələ gəlir.

loading...

Adətən, ödem mayesi bədənin aşağı hissələrinə yığılır. İnsan ayaqüstə olanda ödem qıçlarda əmələ gəlir və axşama doğru artır. Xəstə uzandıqda ödem birinci növbədə, bel nahiyəsində əmələ gəlir. Böyrək mənşəli ödemlər gözlərin altında olur, çünki burada dərialtı birləşdirici toxuma yumşaqdır.

Bütün ödemli xəstələr həkimin müşahidəsi altında olmalıdırlar, həkim belə xəstələrə duz və su az olan pəhriz təyin edir.

loading...

Bunuda oxu...