ÖD KİSƏNİN FUNKSİONAL POZĞUNLUĞU

Öd kisəsi boş orqan olub, qidalanma arası dövrdə ödün toparlanması funksiyasını yerinə yetirir və həzm zamanı yığılmış ödü xaric edir.

Öd kisəsi disfunksiyası dedikdə – kisənin yığılma qabiliyyətinin pozulması nəticəsində əmələ gələn simptom başa düşülür

Disfunksiya zamanı yığılma pozğunluğu ilə yanaşı sinir həssalığının pozulması da baş verir ki, bu da müayinələr zamanı aşkar olunmur. Öd kisə disfunksiyasının pozulmasına təkcə funksional deyil eyni zamanda kisə axarının pozulması, əzələ hipertrofiyası, öd kisənin müxtəlif mənşəli iltihabı xəstəlikləri də səbəb olur. Öd kisəsinin funksional pozğunluğu daha çox qadınlarda müşahidə olunur.

loading...

Xəstəliyin etologiyası məlum deyil. Ağrıların səbəbi kisə yığılan zaman axarda olan maneənin olması nəticəsində axarda olan təzyiqin artmasıdır. Bəzi hallarda maneə olmadıq da ağrılar baş verir ki, bunun da səbəbi əzələ yığılmasıdır.

Xəstəliyin diaqnostikası üçün ilkin olaraq biliar traktın USM müayinəsi aparılır, qaraciyər sınaqları və pankreatik fermentlərin aktivliyi yoxlanılır. Öd kisənin funksiyasını yoxlamaq üçün rentgenokantrast, xolesistoqrafiya və ya radionuklid xolesintirofiya edilir.

Dr. Tofiq Əhmədov

loading...

Bunuda oxu...