ÖD DAŞI XƏSTƏLİYİ

ÖdÖd daşı xəstəliyi hepatobiliar sistemin mübadilə xəstəliyi olub-öd kisəsində, öd axarında və qaraciyər öd yollarında daşın əmələ gəlməsi ilə xarakterizə olunur.

Öd daşı xəstəliyinin baş verməsinin əsas səbəbi öd yollarında olan iltihabı proses, ödün metobolizmasının pozulması və öd yollarında olan durğunluqdur.

Daşın əmələ gəlməsinin əsasını bilirubin və xolesterin mübadiləsində olan pozğunluq təşkil edir. Ödün əsas tərkib hissəsi olan bu maddələr suda pis həll olur, öd turşusunun təsiri də ödün tərkibində çökmədən qalırlar.

loading...

Ödün tərkibində olan xolesterin və bilirubinin konsentrasiyasının artması daşın əmələ gəlməsinə şərait yaradır.

Piylənmə, şəkərli diabet, ateroskleroz, hiperlipoprotenemiya xolesterin mübadiləsinin pozulmasına səbəb olur.

Hiperbilirubinemiya və pigment daşları anadangəlmə hemalitik anemiya zamanı ola bilər. Müxtəlif genetik faktorlar da var ki, bunlar da daşın əmələ gəlməsinə səbəb olur.

Rasional qidalanmanın pozulması, xalestrini çox olan yağlı yeməklər (piyli ət, balıq, yumurta, yağ) çoxlu un məmulatlarının qəbulu ödün reaksiyasını turş mühütə doğru dəyişir ki, bu da ödün həll olmasını çətinləşdirir.

Aşağı kalorili bitkisel qidalanma, qida lifləri ilə zəngin qidalar, bitki yağları, aktiv həyat daşın əmələ gəlməsini əngəlləyən faktorlardır. Ekzogen və endogen mənşəli A hipovitaminozu da daşın əmələ gəlməsinə səbəb olan faktordur.

Daşın əmələ gəlməsinə 77 %- qadınlarda hamiləlik, 53% halda qeyri regulyar qidalanma, qeyri aktiv həyat tərzi, artıq çəki, irsi mübadilə pozğunluqları keçirilmiş xəstəliklər (salmonelyoz, virus hepatiti, malyariya, şəkərli diabet) səbəb olur.

Bəzi hallarda duodenal keçiriciliyin pozulması nəticəsində ödün axması çətinləşir ki, bu da öddə durğunluq və daşın əmələ gəlməsinə səbəb olur.

Öd daşının aşağıdakı növləri var.

1) Homogen daşlar

  1. A) Xolestrin daşları: əsasən maddələr mübadiləsi pozulduqda, kök adamlarda müşahidə olunur.pentgenonegativdir
  2. B) Pigment daşları əsasən aseptik şərait olduqda əmələ gəlir.

Anadangəlmə hemolitik anemiyada erotrisitlərin sürətli parçalanması nəticəsində tolassemiyada olur. Bu daşlar kiçik ölçülü olur, kəsikdə qara görünür, çoxsaylı olur.

  1. C) Kirəcləşmiş daşlar

2) Qarışıq daşlar

( bütün öd daşlarının 80 %-ni təşkil edir).Nüvəsi üzvi mənşəli olub üzərində xolesterin, öd pigmenti və Ca duzlarından ibarət olur.

3) Mürəkkəb quruluşlu daşlar

10 % halda olur.Daşın nüvəsi xolesterindən , qatları isə Ca, bilirubin və xolesterindən ibarət olur,öd kisəsində və öd yollarında iltihabı proses olduqda əmələ gəlir.

Xolesterin və qara pigment daşları əsasən öd kisədə, qəhvəyi pigment daşları öd yollarında əmələ gəlir.

Xolesterin daşları əsasən xolesterindən ( 51-98 %) və az miqdarda karbonant, fosfat , bilirubinat, Ca palmitat, fosfolipod, glikoprotein və mukopolisoxoridlərdən ibarət olur. Qəhvəyi pigment daşları yumşaq və amorf olur. İnfeksiyalanmış hallarda daha çox rast gəlinir.

Öd daşı əmələ gəlməsi aşağıdakı hallarda daha da sürətlənir:

1.Ödün tərkibində xolesterinin miqdarı artdıqda.

  1. Ödün tərkibində balans pozulduqda ( zülal mənşəli maddələrin azalması, xolato-xolesterin koeffisentinin düşməsi, öddə turş mühitin artması)
  2. Öddə lipid kompleksinin azalması və ya tam itməsi. Bu kompleks xolesterinin kristallaşmasına və daşın əmələ gəlməsinə mane olur. Lipid kompleksinin tərkibinə öd turşusu, fosfolipidlər , elektrolitlər daxildir.
  3. Öd kisə və axarlarda olan iltihabı proseslər nəticəsində tərkibində glikoproteid olan seliyin ifraz olunması
  4. Öd kisə və axarlarında olan müxtəlif infeksiyalar . Mikroorqanizimlər əsasən bağırsaq çöpləri  -glukorinidza fermenti ifraz edir ki, buda həll olan bilirubini həll olmayan bilirubinə transformasiya edirlər.Normal öddə bu ferment olmur. Öd infeksiyalaşanda bu ferment əmələ gəlir. Normal öddə bu fermentin ingibitoru glikoz turşusu olur. Öd infeksiyalarında bu ingibitor azaldığı üçün  -glukoronidza fermentinin miqdarı və öddə sərbəst həll olmayan bilirubinin artmış olur bu da Ca ionları da birləşir. Ca bilirubinat əmələ gəlir. Ca bilirubinat da pigment daşların əsas komponentidir. Bununla yanaşı Mikroorqanizimlər lecitinaza (fosfolipoza) ifraz edir ki, bu da öddə olan lecitini parçalayır, Onun azalmasına səbəb olur.

Daş əmələ gəlmənin faktorları:

  1. Cins: Qadınlarda öd daşları kişilərə nisbətən 2-3 dəfə artıq rast gəlinir.Hər iki cinsdə yaşlaşdıqca daş əmələ gəlməsi bir az da sürətlənir. Daş əmələ gəlməsində hormonal faktorunda rolu vardır. Belə ki, hamiləlik əleyhinə olan hormonol preparatları qəbul edən xanımlarda öd daşı xəstəliyi hormonol preparatlar qəbul etməyənlərə nisbətən daha çox rast gəlinir. Postmenopauza dövründə qəbul olunan estorogen tərkibli dərmanların qəbulu öd daşı xəstəliyinin əmələ gəlməsini 2,5 dəfə artırır.

Prostat vəzinin xərçəngi olan kişilərdə hormonal preparatların qəbulu ödün tərkibində xolestereni artırır, daş əmələ gəlmə ehtimalı yüksəlir.

Çox uşaqlı analarda daş əmələ gəlmə ehtimalı , az uşaqlı analara nisbətən daha çoxdur. Hamiləliyin son aylarında öd kisəsində olan nisbi durğunluq qalıq həcmi artırır, xolesterin kristalları toplanır, nəticədə öddə çökütü və kiçik daşların əmələ gəlməsinə səbəb olur.

  1. Yaş: Yaşlaşma öd daşının əmələ gəlməsini sürətləndirən faktordur.Bunun səbəbi öddə xolesterinin miqdarının artmasıdır. 75 yaşdan yuxarı 20 % kişi 35% qadınlarda öd daşı rast gəlinir 5% hallarda uşaqlarda da pigment xolesterin daşlarına rast gəlinir.
  2. Genetik etnik faktorlar: Öd daşı olan xəstənin qohumlarında adi populyasiya nisbətən daş əmələ gəlmə ehtimalı daha çoxdur. İnkişaf etmiş ölkələrdə öd daşı ümumi əhalinin 10-15 % -nə rast gəlinir. Ən çox öd daşı xəstəliyi amerikan indularında ( ümumi qadınların 80-90%-də) müşahidə olunur.

Öd daşları tərkibinə görə də zonalar üzrə dəyişir. Avropa və Şimali Amerika öd daşları 80-90% hallarda xolesterin mənşəli olduğu halda Tayvanda bu 50-60% təşkil edir.

4.Qidalanma və piylənmə : Ekonomik inkişaf etmiş ölkələrdə daş əmələ gəlmədə qidalanma əsas rol oynayır. Qərb ölkələrində daş əmələ gəlməsinin səbəbi qidada bitki mənşəli liflərin az olmasıdır.

Spirtli içki də daş əmələ gəlməni sürətləndirir. Vegetarianlarda çəkidən asılı olmayaraq çox nadir hallarda öd daşına rast gəlinir. Qidada xolesterinin miqdarının artması öddə xolesterin miqdarını artırır ki, buda öd daşı əmələ gəlmə ehtimalını artırmış olur.

Artıq çəki öd daşı xəstəliyinin əsas risk faktorudur. Bu cavan qadınlarda , yaşlı qadınlara nisbətən daha risklidir.Sürətli arıqlama da öd daşı əmələ gəlmə riskini artırır. Belə ki, arıqlama zamanı öddə muçin və Ca miqdarı artır ki, buda daşın əmələ gəlməsini sürətləndirir.

5.Zərdab faktorları: qanda yüksək sıxlıqlı lipoprotenlərin azalması, triqliseridlərin miqdarının artması da daş əmələ gəlməsini səbəb olan faktorlardır.Şəkərli diabet və ailəvi hiperlipoproteinemiyası olanlarda, qısa nazik bağırsaq sindromu xəstələrdə malosorbsiya sindromu olanlarda öd kisəsində disfunksiya olanlarda da əmələ gəlmə ehtimalı daha da çoxdur.

6.Dərman preparatları: Esterogen tərkibli dərmanlar öd daşı əmələ gəlməsini sürətləndirir. Klofibrat xolesterin sintezini azaldır onun ödlə xaric olmasını artırır ki, bu da öddə xolesterinin artmasına , daş əmələ gəlməsinə səbəb olur.

Dr. Tofiq Əkbərov

loading...

Bunuda oxu...