NOOSFER

Noosfer dedikdə kosmosun planetar məkanında yaradılmış olan, insan əqli tərəfindən inkişaf etdirilən və bəşəriyyətin proqressiv mövcudluğu üçün bütün şəraitlərə malik olan altsistemi başa düşürük. Əslində, noosfer dedikdə insanı əhatə edən mühiti vahid bir sistem, vəhdət şəklində qəbul etmiş oluruq.

Noosferin daha dərindən öyrənilməsi insanın maraqları naminə təbii qüvvələrdən istifadənin həyata keçirilməsi və nəticə etbarilə insan sağlamlığının artırılmasına gətirib çıxarır ki, bu əslində insan-ekologiya probleminin arzuolunan həlli deməkdir.

Yuxarıda qeyd edildiyi kimi insan artıq son dövrlərdə bu sahədə həqiqətən böyük uğurlar əldə etmişdir lakin çatızmamazlıqlar mövcuddur. Beləliklə, insanın ekologiyası fenomeninin qarşısında hələ uzun bir inkişaf yolu durur.

loading...

Noosfera mənəvi – informasiya və rasional – əxlaqi mahiyət daşıyır. Burada prioritet yerini maddiyat və enerjidən də üstə inkişaf ehtiyatı olaraq informasiyaya və sosial – məişətdən üstə düşüncəyə, başqa söslə maddiyatla müqayisədə intelekt proseslərə verləcəkdir.

Noosfera haqqında ən boyuk fikir Vernadskiyə məxsusdur. O biosferin yeni bir vəziyyətə keçməsini qabaqcadan xəbər verdi. Həmin yeni vəziyyəti Vernadski “noosfera” adlandırdı. Onun fikrincə insan ən güclü geoloji qüvvəyə çevrilir. Noosfera, yunanca noos – idrak, bu müassir biosferadır ki, insanda onun bir hissəsidir.

Vernadski noosferanın hərəkət verici qüvvəsi kimi yalnız idrakı deyil, həmçinin xalqın ruhu – onun biosahəsi olduğunu hesab edirdi.

Vernadski yazırdı: “bəşəriyyət bütünlükdə götürüldükdə böyük geoloji qüvvə təşkil edir. Onun qarşısında, onun ağlı və əməyi qarşısında sərbəst düşünən bəşəriyyətin maraqları daxilində bir bütöv olaraq biosferanın yenidən qurulması sualı ortaya çıxır.

Bu biosferanın yeni vəziyyətidir ki, biz duymadan ona doğru  yaxınlaşırıq. İnsan öz ağlı və əməyi ilə öz həyat sahəsini əvvəldə olduğuna nəzərən köklü şəkildə yenidən qurmaq qabiliyyətindədir və o bunu etməlidir”.

Leylaxanım Vüqarqızı

loading...

Bunuda oxu...