NİZAMSIZ İŞ SAATLARININ KİŞİLƏRİN SAĞLAMLIĞINA TƏSİRİ

Aparılan yeni araşdırmalar nizamsız iş saatlarının kişilərdə həm cinsi istəyi, həm də ata olmaq şansını azaltdığını ortaya qoyub.

Araşdırmaya görə, növbəli iş kişinin yuxu və qida nizamını, idman fəaliyyətlərini pozaraq sağlamlığına mənfi təsir edir. Növbəli işləyən kişilərdə testesteron səviyyəsi aşağı düşür. Testosteronun aşağı olması da sperma keyfiyyətinə mənfi təsir edir. Bu nəticələr gecə növbəsində işləyənlər üçün bir həyəcan siqnalı çalır.

Araşdırma nəticəsində növbəli işləyən kişilərdə sperma sayının ciddi şəkildə aşağı olduğu aşkarlanıb. Nizamsız və çox az yatmağın hormon səviyyəsinə, sperma ifrazında önəmli olan genə təsir etdiyi ortaya çıxıb. Növbəli iş sistemi, eyni zamanda, yuxu problemlərinə yol açır. Yetərsiz yuxu ilə bağlı sidik yolu problemləri və ereksiya pozğunluğu da yaranır.

loading...

Bu problemlər tez-tez və ya az-az sidiyə çıxmaq, sidiyi saxlaya bilməmək, gecə yuxudan oyanıb sidiyə getmək şəklində özünü bəlli edir.

Bu kimi səbəblərdən yaranan problemlərin isə müalicəsi var. Sağlamlığınızın qeydinə qalın və vaxtında həkimə müraciət edin.

Dr. Termur Məmmədov

loading...

Bunuda oxu...