NİYƏ UŞAĞIN İMMUNİTETİ ZƏİFDİR

KörpəBəzən valideynləri bir sual maraqlandırır. Niyə uşağımın immuniteti zəifdir?

İmmunitet 2 səbəbdən zəif olur: Genetik meyllik (anadangəlmə) və Hər hansı daxili və ya xarici səbəblərdən.

Orqanizmin özündə olan, yeni daxili səbəblər hansidir?

loading...

Mədə-bağırsaq sisteminin vəziyyeti – disbakteroz deyilən bir hal

Parazitlər (qurd xəstəlikləri)

Xroniki infeksiya ocaqları (çürük dişlər və s.)

Anemiya (qan azlığı)

Mədə-bağırsaq sistemində sorulmanın – həzmin düzgün getməməsi nəticəsində vitaminlərin və mikroelementlərin çatmamazlığı

Yarımçıq doğulma

Erkən yaşlarda keçirilmiş raxit

Xroniki herpes infeksiyası

Bütün bu səbəblər virus əleyhinə müdafiəni təmin edən interferonunun əmələ gəlməsini pozur və belə uşaqlar tez- tez virus xəstəliklərinə yoluxmaqla yanaşı gələcəkdə de bir çox problemlərlə rastlaşırlar.

Bunlar daha böyük yaşlarda xroniki mədə-bağırsaq (qastrit, xora xəstəliyi və s.), revmatizm, allergik xəstəliklər (bronxial astma, dəri allergiyası, allergik rinit və s.), sidik sisteminin infeksiyası (sistit, pielonefrit) kimi xəstəliklərə meylli olurlar…

Dr. Aidə Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...