NİKOTİNİN ORQANİZMƏ TƏSİRİ

Tütün insanlara ta qədim zamanlardan, təxminən 3000 ilə yaxındır ki məlumdur. İlk dəfə tütündən 1809-cu ildə çox zəhərli maddə olan nikotin alınmışdır. Siqaretin tüstüsündə 4000-dək zəhərli maddə vardır-onların arasında kanserogen, yəni bədxassəli şiş xəstəlikləri əmələ gətirən maddələr də mövcuddur.

Siqaretin təsirindən qanda hemoqlobinin səviyyəsi aşağı düşür, hemoqlobinin bir hissəsi tüstünün tərkibindəki dəm qazı ilə birləşir, beləliklə toxumaların oksigenlə təchizatı 5-10% aşağı düşür.

Həm aktiv, həm də passiv siqaret çəkənlərdə qanda vitamin C-nin səviyyəsi təxminən iki dəfə azalır. Siqaret çəkmə həmçinin əqli fəaliyyətə də mənfi təsirini göstərir. Bu adamlarda tədricən yaddaş zəifləyir, başağrıları, tez qıcıqlanma, yuxusuzluq, tez yorulma, iş qabiliyyətinin zəifləməsi, nevrasteniya meydana çıxır, həmçinin dad və qoxu hissiyyatları da zəifləyir.

loading...

Siqaretçəkmə daxili sekresiya vəzilərindən hipofiz, qalxanabənzər və qalxanabənzərətrafı vəzilərə də öz mənfi təsirini göstərir. Ən çox zərər çəkən orqanlardan isə ürək-qan damar sistemidir.

Siqaretdən asılılıq dərəcənizi bilmək istəyirsinizsə, aşağıdakı 3 suala cavab verməyiniz kifayətdir:

Gün ərzində cəkdiyiniz siqaretin sayı 20-dən çoxdurmu?

Yuxudan oyandıqda ilk 30 dəq müddətində siqaret çəkirsinizmi?

Siqareti tərgitmək cəhdlərində müxtəlif simptomlar baş veribmi?

Hər üç suala müsbət cavab verirsinizsə, bu, siqaretdən asılılığın daha ciddi olduğunu göstərir. Yaxud, Avropa respirator cəmiyyətinin təklif etdiyi “Siqaretçəkənin indexi”ni hesablamaq olar. Bunun üçün ün ərzində çəkilən siqaretlərin sayını 12-yə vurmaq lazımdı. Əgər nəticə 200-dən çoxdursa, bu, sizdə siqaretdən yüksək asılılığın olduğunu göstərir.

Dr. İmanova Elnarə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...