NEVROTİK ANOREKSİYA

Bu diaqnoz ən çox (90%) gənc xanımlarda (15-25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər.

Əlamətləri: Nevrotik anoreksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir.

İfrat arıqlama

loading...

Zərif xarici görünüş

Zəiflik və yorğunluq hissi

Arabir başgicəllənmə

Saçların zəif, sınan olması və tökülməsi

Qəbzlik

Menustrasiyanın olmaması

Kövrək dırnaqlar

Bədən dərisinin yumşaq tüklə örtülməsi

Dərinin quru olması

Soyuğa dözümsüzlük

Qeyi-requlyar ürək döyüntüləri

Qanın ümumi analizində anormallıq

Arterial təzyiqin aşağı olması

Dehidratasiya

Osteoparoz

Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur:

Yeməkdə imtina

Aclığın inkar edilməsi

İfrat bədən tərbiyəsi

Əhval ruhiyyənin aşağı olması

Emosiyanın olmaması

Fikrin dağınıqlığı

Qida məsələlərinə ifrat diqqətcillik

Dr. Vəfa Əkbər

loading...

Bunuda oxu...