NATURFİLOSOFİA VƏ YENİ TƏBİƏTŞÜNASLIQ

NyutenXVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa vurdu. XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində həyat meydanına fəlsəfənin yeni bir sahəsi — təbiət fəlsəfəsi çıxdı.

Təbiət fəlsəfəsi intibah dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun da vətəni İtaliya, ən görkəmli nümayəndəsi isə Cordano Brunodur. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı nəticəsində hazırlanmışdı.

İntibah dövrünün təbiət fəlsəfəsi antik dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsinin nümayəndələri orta əsrlər fəlsəfəsinin müsbət ənənələrinə də müraciət edirdilər. Təbiət fəlsəfəsi üçün səciyyəvi olan bir xüsusiyyət də var idi. Bu fəlsəfənin nümayəndələrinin əksəriyyəti sxolastikaya və sxolastik aristotelçiliyə nifrət hissi bəsləyirdi.

loading...

İntibah dövründə təbiət fəlsəfəsi ilə yanaşı yeni təbiətşünaslıq da inkişaf edirdi. Təbiətşünaslıqda baş verən kəşflər yeni dövr fəlsəfəsinin ən mühüm mənbələrindən birinə çevrilmişdi. Belə bir şəraitdə elmin orta əsrlərdə hökmranlıq edən fəlsəfi və metodoloji əsaslarından imtina olunur, təbiət haqqında yeni sxolastik təlim yaradılırdı. İntibah dövrünün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat üsulunu ön plana çəkirlər.

O dövrdə riyaziyyat görkəmli yer tuturdu. Elmlərin riyaziləşdirilməsi prinsipi, elmi və fəlsəfi təfəkkürün inkişafının əsas, mütərəqqi meyllərinə uyğun gəlirdi. Elmdə yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapmışdı.

LEONARDO DA VİNÇİ

LEONARDO (1452—1519) intibah incəsənətinin ən görkəmli nümayəndəsi idi. Dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixində böyük rol oynamışdır. Leonardo intibah dövrünün dahi rəssamı, bÖ3mk riyaziyyatçısı, mexaniki və mühəndisi kimi tanınmışdır. Son illərə qədər Leonardonun anadan olduğu il dəqiq müəyyən deyildi. Leonardonun babasının Florensiyanm dövlət arxivində tapılmış gündəliyindən müəyyən edildi ki, o, 15 aprel 1452-ci ildə, həftənin altıncı günü, gecə saat 3-də anadan olmuşdur. O, kəbinsiz doğulmuş, Pyero da Vinço adlı bir notariusun oğludur. Leonardonun tərbiyəçisi nənəsi və dayısıdır. 14 yaşında Andrea Verrokko adlı məşhur bir rəssam və hey- koltaraşın tələbəsi olmuşdur.

Fizika elminin müxtəlif sahələri üzrə onun bir sıra kəşfləri vardır. Leonardonun dünyagörüşü cəmiyyətin feodalizmə qarşı çıxış edən mütərəqqi qüvvələrinin mənafeyini əks etdirirdi. O, gerçəkliyin elmi surətdə dərk olunmasını fəlsəfənin əsas vəzifəsi hesab edirdi. Leonardo ilahiyyata, sxolastikaya və kilsə diktaturasına qarşı kəskin mübarizə aparmışdı. O, kilsəni “yalanlar köşkü” adlandırırdı. Dünyanın obyektivliyi və maddiliyi Leonardoda şübhə doğurmurdu. O, sıx surətdə materializmə yaxınlaşaraq göstərmişdir ki, təbiətin bütün hadisələri obyektiv zərurət qanununa tabedir. O bu barədə yazırdı: “Zərurət — təbiətin müəllimi və tərbiyəçisidir. Zərurət — təbiətin mövzusu və ixtiraçısıdır. Zərurət — həm yüyəndir (cilovdur), həm də əbədi qanundur”.

Leonardonu idrak nəzəriyyəsi dərindən düşündürürdü. Həqiqətin ikiliyini rədd edərək deyirdi ki, həqiqət birdir, o da dinə yox, elmə məxsusdur. “Bizim idrakımız duyğulardan başlanır”’. Leonardo empirizm ilə rasionalizmi birləşdirmək istəyirdi. Leonardonun dialektik ideyası “Qidalanan hər hansı bir canlı fasiləsiz ölür və fasiləsiz yenidən yaranır” olmuşdur. O, elmlə praktikanın vəhdətindən danışır, ona xüsusi əhəmiyyət verirdi. İntibah dövründə Leonardo sənəti italyan incəsənətinə son dərəcə böyük təsir göstərdi. Siyasətdə o, feodal özbaşınalığına qarşı çıxır, qəsb- karlıq müharibələrinə nifrət bəsləyirdi. Yeni təbiətşünaslığın görkəmli nümayəndələrindən biri də polyak astronomu, dünyanın heliosentrik nəzəriyyəsinin yaradıcısı Kopemik idi.

NİKOLAY KOPERNİK

KOPERNİK (1473—1543) elmi astronomiyanın əsasını qoymuş, aləmin heliosentrik (yunanca helios sözündəndir, mənası günəş deməkdir) sistemini, yəni günəşi onun ətrafında hərəkət edən planetlərin mərkəzi sayan nəzəriyyəni yaratdı. Kopemik 1543-cü ildə yazdığı “Səma dairələrinin dövranı haqqında” əsərində heliosentrik sistemin əsas müddəalannm belə bir şərhini vermişdir: 1. Yer aləmin mərkəzində hərəkətsiz dayanmır, o, öz oxu ətrafında fırlanır. 2. Yer aləmin mərkəzini tutan Günəş ətrafında fırlanır.

Kopernikin heliosentrik sistemi astronomiya çərçivəsindən kənara çıxmışdı. Kopemik “Səma dairələrinin dövranı haqqında” əsərində Ptolomeyin geosentrizm nəzəriyyəsinə qarşı çıxmış, bununla da kilsə nüfuzuna geniş meydan oxumuşdu. İnamla demək olar ki, təbiətşünaslığın ilahiyyatdan azad edilməsi tarixi Kopernikin bu əsəri ilə başlandı. Həmin əsərlə kilsənin m- hani diktaturası sarsıdıldı. Kopernikin təlimi elm tarixində inqilabi hadisəyə çevrildi.

Fəlsəfi fikrin və təbiət elmlərinin inkişafı tarixində Keplerin xidməti az olmamışdır. Kepler (1571—1630) alman astronomu, riyaziyyatçısı, fiziki və filosofu idi. Planetlərin hərəkətinin qanunauyğunluqları haqqında riyazi yolla həll edilmiş nəzəriyyə Keplerin adı ilə bağlıdır. O sübut etmişdir ki, planetlər Günəş ətrafında hərəkət edirlər. Kari Marks üçün iki sevimli qəhrəmandan biri Kepler, digəri isə Spartak idi^ Təbiətşünas alimlər içərisində adı hörmətlə çəkilənlərdən biri də italyan fiziki və astronomu, dünya şöhrətli alim Qaliley idi.

QALİLEO QALİLEY

QALİLEY (1564—1642) İtaliyada doğulmuş, ibrətamiz həyat yolu keçmiş, fəlsəfəyə, təbiət elmlərinə sambalh töhvələr vermişdir. Onun ən böyük xidmətlərindən biri ondan ibarət idi ki, o, təbiətin təcrübi-riyazi yolla tədqiq olumuası metodunun əsasını qoymuşdur. Özünün yaratdığı teleskopla müəyyən etmişdir ki, Ayın və Günəşin səthi hamar deyildir. Qaliley Yupiterin (ən böyük planet) dörd peykini müəyyənləşdirmişdir. “Ulduz xəbərləri” (1610) adlanan əsərində əyani surətdə sübut etmişdir ki, Kopemikin aləmə heliosentrik mövqelərdən yanaşması düzgündür.

Fəlsəfi fikrin inkişafı tarixində də onun xidmətləri az olmamışdır. Qaliley aləmin mexaniki anlayışının mühüm cəhətlərini müəyyən etmiş, ilahi-sxolastik dünyagörüşünə qarşı öz etirazını bildirmişdir. Aləmin sonsuzluğu və əbədiliyi haqqında fikir söyləyərək göstəmişdir ki, dünyanın nə əvvəli, nə də axırı vardır. O sübut etməyə çalışırdı ki, gerçəkliyin əsasında mütləq dəyişməz atomlardan ibarət olan materiya durur. Onun fikrincə “materiya imkan deyil, real varlığın özüdür”.

Qaliley dünyanın dərk olunanlığını, induksiya ilə deduksiya- nm, hissi ilə rasionalın dialektikasmı qəbul etmişdir.

Onun dünyagörüşündə bir sıra məhdud cəhətlər də olmuşdur. Qaliley materiyanın dad, rəng, iy kimi keyfiyyətlərinin obyektiv xarakterə malik olduqlarını qəbul etmir, onları subyektiv keyfiyyətlər sayırdı. O, mexaniki materializmin nümayəndəsi kimi hərəkətin daxili mənbələrini anlaya bilmir, onu birinci təkanverici qüvvədən kənarda təsəvvür etmirdi. Bunlara baxmayaraq fəlsəfə tarixində Qalileyin xidmətlərini heç bir vəchlə unutmaq olmaz. Təbiət fəlsəfəsi nümayəndələri içərisində xüsusi yerlərdən birini də Kuzanski tutur.

NİKOLAY KUZANSKİ

KUZANSKİ (1401—1464) italyan naturfəlsəfəsinin sələflərindən biri, katolik kilsəsində yüksək dini rütbə tutmuş alman kardinalı idi. O, intibah dövründə meydana gəlmiş müasir fəlsəfi təfəkkürün tərəfdarlarından sayılır. Onun təbiət fəlsəfəsi və kosmo- loji baxışları dini çərçivədən kənara çıxmırdı. Kilsə tabeliyindəki bir adam kimi Nikolay orta əsrlərdə fəaliyyətdə olan dini təsisatların tələblərinə əməl edirdi. Nikolay aləm və insan haqqında baxışlannı gələcəyə yönəltmişdi. Onun “Qabaqcadan lazım olan şərtlər haqqında” əsəri məntiqi fəlsəfi məzmunda yazılmış, “Gizlin Allah haqqında” traktatı isə ilahiyyata həsr olunmuşdur.

Nikolay Allah və aləmin münasibəti məsələsini teosentrizm mövqelərindən həll etmişdir. Onun fəlsəfəsində gerçəkliyin mərkəzində Allah dururdu, lakin bu baxışlar orta əsr katolik ilahiyyatçılarmın təlimindən xeyli fərqlənirdi. Kuzanskinin təlimi insan haqqında xristoloji mahiyyətə malik idi. Bu nə deməkdir? Xristosun təlimində ilahi və insani prinsiplər bir-biri ilə mütləq qaydada qovuşur. Həmin fikrə əsaslanan Kuzanski deyirdi ki, mütləq mənada olmasa da, insan özü də “allahdır”. İnsan ilahi prinsipin məhdudlaşdırılmasıdır. Bu fikirləri ilə Kuzanski dünyanın heç nədən yaradılması haqqında sxolastik fikirləri aradan qaldırırdı. O yazırdı ki, Allah aləmdən kənar bir şey deyildir, o, aləm ilə vəhdətdədir.

Kuzanski mahiyyət və təzahürün dərk olunmasının dialektikası haqqında ideyaları da inkişaf etdirdi. Onun fəlsəfəsində idrakın predmeti panteistik Allahdır (panteizm yunanca ran bütün, theos Allah sözündəndir, Allahı təbiətlə eyniləşdirən fəlsəfi dünyagörüşüdür). Allah təbiətin hissilə qavranılan aləmi ilə qırılmaz vəhdətdə mövcuddur. Kuzanskinin fikrincə Allahın dərk edilməsi etiqadın, inamın deyil, əqlin, zəkanın işidir. O, fəlsəfənin sonrakı inkişafına böyük təsir göstərmişdir. Kuzanskinin dialektik təfəkkürə dair irsi C.Bruno, Y.Byeme tərəfindən qəbul edilmiş, sonra bu ideyalar XVIII—XIX əsr alman idealist fəlsəfəsinə keçmişdir. Onun panteizmindən B.Spinoza, kosmoloji ideyalarından R.Dekart istifadə etmişlər. Orta əsr naturfəlsəfəsinin və yeni təbiətşünaslığın meydana gəlməsi və inkişafı həm də Telezionun adı ilə bağlı olmuşdur.

BERNARDİNO TELEZİO

TELEZİO (1509—1583) Neapolun yaxınlığındakı Kosensı düşərgəsində anadan olmuşdur. İtaliya intibahının görkəmli fılosofu, İtalyan təbiət fəlsəfəsinin banisidir. Telezionun yaradıcılığı rəsmi sxolastikaya qarşı yönəldilmişdi. Onun fəlsəfəsi gerçəkliyin empirik-təcrübi yolla dərkinə meyl göstərirdi. Kilsə hakimiyyəti onu azadfıkirlilik üstündə təqib edirdi. O, “Şeylərin mahiyyəti haqqında” kitabında təbiətin dərk edilməsi fikrindən Allahın dərk olunması fikrini çıxarmışdı. O yazırdı ki, Allah yalnız aləmin yaradıcısıdır. Allah dünyanı yaratdıqdan sonra təbiət hadisələrinə qarışmır. Ona görə də fəlsəfənin vəzifəsi Allahı dərk etmək deyil, real təbiətin tədqiqindən ibarətdir. Fəlsəfə ilahiyyatdan azad olmalıdır.

Fəlsəfi və elmi nəticələr bilavasitə qavrayışa və təcrübəyə, əqlə, zəkaya əsaslanmalıdır. Fəlsəfi tədqiqatın predmeti Allah deyil, təbiət olmalıdır. Telezionun fəlsəfəsi çox güelü materialist meyllərə malikdir. O göstərirdi ki, bütün şeylər cismanidir, maddidir. Cismani prinsip onların əbədi, dəyişməz mahiyyətidir. Lakin bu prinsipin özü passivdir, bütün hərəkətdən və fəallıqdan məhrumdur. Elə bil ki, o, “ölüdür”, görünməzdir. Telezionun fikrincə hərəkət və dəyişmə bir-birinə əks olan fəal prinsiplərin — isti və soyuğun mübarizəsi nəticəsində meydana gəlir. Bu prinsiplər cismani deyildir, lakin onlar özlərinin maddi əsaslarından, şeylərin maddi substansiyalarından kənarda təzahür edə bilməzlər.

Telezionun kosmoloji baxışlarında aləmin maddi vəhdəti haqqında mühüm materialist fikirlər vardır. O bu barədə yazırdı ki, göy cismləri də yer kimi maddidir. Onların arasındakı fərq fəal prinsiplərin fəallığı nəticəsində yaranır, büruzə verilir. Öz məzmununa görə bu kosmologiya Kopernikəqədərki sxemlərə əsaslanır. Telezio göstərirdi ki, “soyuq” yerdən fərqli olaraq Günəş və göy eismləri hərəkətdədir. Telezionun təbiətin “xüsusi prinsipləri” haqqındakı anlayışlarında kortəbii dialektika ünsürləri mövcuddur. Məsələn, o bildirirdi ki, “hərəkətin mənbəyi təbiətdən kənarda deyil, təbiətin özündəndir”. Telezio xarici təkan haqqında peripatetik və sxolastik təlimi rədd edərək göstərirdi ki, hərəkət materiyaya aid prinsipdir, onun öz-özünə hərəkətidir.

Bu fikir Allah və aləmin münasibəti haqqında problemin deizm mövqelərindən həllinə uyğun gəlir. Yaradılan dünyaya ilahi qüvvə və ilahi mahiyyət verilmişdir. Ona görə də aləm yaradıldıqdan sonra hərəkət öz-özünə, Allah qarışmadan, özünün xüsusi prinsipləri ilə baş verir. Telezio istiliyi fəal prinsip hesab edərək deyirdi ki, istilik həyat prinsipinin əsasıdır. Bu həyat prinsipini də o, ruh adlandırırdı. Telezio özünün “həyati ruh” təlimi ilə bütün canlı varlıqların vəhdətini açıb göstərdi. O qeyd edirdi ki, insan ruhu daha “nazik” və daha “istidir”. Ruh qırılmaz surətdə materiya ilə əlaqədardır, o, bütün bədəndə yerləşdirilmişdir. Ruh mərkəzi beyin olan əsəb sistemində yayılmışdır. “İnsan ruhu” “təbiət ruhu” ilə əlaqədardır.

Telezio özünün idrak nəzəriyyəsində qavrayışı idrakın mənbəyi və on mühüm vasitəsi hesab edirdi. Onun fikrincə təfəkkür və mühakimə qavrayışla müəyyənləşdirilir. “Qavrayış” xarici aləm “ruh” tərəfindən qəbul edildikdən sonra meydana gəlir. Telezioya görə təbii, maddi ruhdan başqa bir də ilahi mənşəli, ölməz, qeyri-maddi ruh vardır. Beləliklə o, ilahiyyata “güzəştə” getdi. Buna baxmayaraq Telezionun təlimi geniş yayılmış, dünya fəlsəfi fikrinin inkişafı tarixində az rol oynamamışdır. İtalyan təbiət fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Patritsi idi.

FRANÇESKO PATRİTSİ

PATRİTSİ (1529—1597) fəlsəfə tarixində Platon xəttini davam etdirmiş, orta əsrin sxolastik aristotelizminə qarşı çıxış etmiş böyük humanist kimi tanınmışdır. Onun aləmə baxışı sxolastikanın və Fiçinonun platonizmindən fərqlənirdi. O, “Kainatın yeni fəlsəfəsi” adlı kitabında yazırdı ki, bütün şeylər və cismlər dörd daxili prinsipə malikdir: 1. Məkan, 2. İşıq, 3. İstilik, 4. Cərəyan (axın). Birinci fəal prinsip işıqdır. İşıqdan istilik yaranır. İstilik isə şeylərin yaranmasının bilavasitə səbəbidir. Materiya passiv deyildir. Materiya cismani kütlənin hərəkəti, axınıdır.

Patritsi Allahın varlığına panteistcəsinə yanaşaraq yazırdı ki, Allahın müəyyən bir yeri yoxdur, o, hər yerdədir və heç bir yerdə deyildir. Kainat özü Allahdır, vahid olan hər şeydir. O göstərirdi: “Sonsuz məkan maddiliklə məhdudlaşmır, o, ruhani varlığa da malikdir. Qeyri-cismani ilahi işıq emanasiya yolu ilə fiziki aləmin cismani işığına çevrilir. Patritsinin təbiət fəlsəfəsi sxolastik ortodokslar tərəfindən rədd edildi, kitablarının oxunması qadağan olundu. İntibah tarixində adı hörmətlə çəkilən filosoflardan biri də Bruno idi.

CORDANO BRUNO

İtalyan mütəfəkkiri BRUNO (1548—1600) intibah dövrünün fəlsəfi fikrinin ən yüksək zirvəsinə qalxmışdır. Bir italyan mütəfəkkiri kimi, o, xristianlığa, sxolastik fəlsəfəyə və universitet elminə qarşı çıxmışdır. Təqib olunduğu üçün İtaliyanı tərk etmiş, Fransada, İngiltərədə, Almaniyada, Praqada yaşamışdır. Praqada “Riyaziyyatçılara, filosoflara qarşı yüz altmış məqalə” adlı əsər yazmış və orada dünyagörüşünün əsaslarını vermişdir. Bir müddət keçdikdən sonra İtaliyaya qayıtmış, Venetsiyada həbs olunmuş, Romaya gətirilib ölüm cəzasına məhkum edilmiş və 17 fevral 1600-cü ildə yandırılmışdır.

Bruno nəzər diqqəti cəlb edən bir sıra əsərlərin müəllifidir. Onun “Səbəb, prinsip və vahid haqqında”, “Sonsuzluq, kainat və dünyalar haqqında” traktatlarında aləmin sonsuzluğunu, onun dinamik birliyi və əbədiliyi problemləri tədqiq edilmişdir. Bruno kainatın yeni materialist konsepsiyasını yaratmışdır. Onun fikrincə kainat vahiddir, maddidir, sonsuzdur və əbədidir. Bruno materiyanı “təmiz” imkan hesab edən sxolastiklərin və materiyanı passiv varlıq sayan aristotelçilərin əleyhinə çıxaraq göstərdi ki, materiya fəal, yaradıcı prinsipə malikdir. Materiya formasız mövcud ola bilməz və əksinə forma materiyanın daxili tərəfidir, o, kənardan gətirilə bilməz. Onun əsərlərində panteist fikirlərə də rast gəlirik.

Brunonun panteizmi materializmə daha çox meyl göstərir. Lakin o, hərəkəti, materiyanı, təbiəti və dünya ruhunu panteistcəsinə eyniləşdirirdi. Bruno iddia edirdi ki, hərəkət təbiətin daxili prinsipi kimi təsadüfi deyil, zəruridir. “Bütöv” sonsuzdursa və yerini dəyişmirsə, onda hərəkətin mənbəyini axtarmağa heç bir ehtiyac qalmır. “Bütöv”ün yerini də- yişməməsini Bruno hərəkətin mütləqliyi, hərəkətin və dəyiş- məmənin sonsuz dərəcədə mövcudluğu kimi başa düşürdü. Ona görə də 0, hərəkətin xarici mənbəyini (birinci hərəkətverici qüvvə kimi Allahı — qurub-yaradam) axtarmağı lazım bilmirdi.

Brunonun kosmoloji baxışları da maraqlıdır. O, kainatın sonsuzluğunu qəbul edərək deyirdi ki, kosmosdan kənar heç bir şey yoxdur, 0 əbədidir, Allah tərəfindən yaradılmamışdır. İlahiyyatçı- ların əksinə olaraq Bruno sübut etməyə çalışırdı ki, aləmin sonsuzluğu ilahi atribut deyildir. O, aləmin Allah tərəfindən əhatə olunması fikrinin əleyhinə çıxır. Onun kosmoloji baxışlannda digər planetlərdə də həyatın mövcudluğu imkanları istisna olumnur.

Brunonun idrak nəzəriyyəsinə gəldikdə isə onun fikrincə əq- lin, idrakın məqsədi hadisələrin dərinliyinə nüfuz etməkdən, təbiətin qanunauyğunluqlarını öyrənməkdən ibarət olmalıdır. O göstərirdi ki, idrak qavrayışdan başlanır, sonra təsəvvür, dərrakə, əql və zəka yaranır. Hissi idrak özü-özlüyündə kifayət deyildir. İdrak sonsuz prosesdir. Ona görə ki, predmetlər də sonsuzdur. Həqiqəti ilahiyyat yolu ilə deyil, fəlsəfi vasitələrlə dərk etmək olar. Bruno deyirdi ki, idrakın zəruri şərtlərindən biri də “şübhə” prinsipidir. Əlbəttə, o, şübhəni mütləq mənada, skep- tikcəsinə başa düşmürdü.

Onun fikrincə idrak prosesində insanların inandıqları da, kilsənin nüfuzlu adamlarının dedikləri də şübhə altına alınmalıdır. O belə sanırdı ki, iki əks baxışın toqquşması nəticəsində həqiqəti əldə etmək olar. Bruno “inam, etiqad həqiqəti”ndən imtina edib obyektiv həqiqətə nail olmağı lazım bilirdi. Elmin və fəlsəfənin işinə ictimai münasibətlər və əxlaq problemlərinə dinin qarışmasını məqsədəmüvafıq bilmirdi. O deyirdi ki, din sadəlövh adamlara təsir göstərə bilər. Gələcəkdə dinin yerini “əqlin dini” tutmalıdır.

Brunonun panteist təbiət fəlsəfəsi ilə intibah təfəkkürünə yekun vurulur. Bruno fəlsəfi fikrin sonrakı inkişafında Spinozanın panteizminə, Leybnitsin monadologiyasına, Şellinqin dialektikasına xeyli müsbət təsir göstərmişdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...