NARIN SAĞLAMLIĞA 5 FAYDASI

Narı əl ilə açmaq çətin olsa da, sağlamlıqdan söhbət açdıqda, nar dənələrinin böyük faydası var. Sentyabr və Fevral aylarında meyvənin yeyilməsi daha məqsədəuyğundur, ona görə də çalışın bu meyvəni daha sərin aylarda yeyəsiniz.

Şirəli, parlaq rəngli nar dənələrinin sizin üçün nə kimi faydası ola biləcəyi maraqlıdır?  Aşağıda narın sağlamlığınız üçün faydaları göstərilmişdir…

  1. Onlar antioksidantlarla zəngindir. Narın eləcə də, şərabın tərkibində polifenol və antosiyan kimi güclü antioksidantlar mövcuddur. Sağlamlığınız üçün xeyirli olan bu tərkib hissələri sərbəst radikallar tərəfindən törədilən ziyanın qarşısını alaraq bədəninizi qoruyur və öz növbəsində, ateroskleroz (arteriyalarda tutulma) kimi zərəli xəstəliklərin inkişaf riskini azaldır.

  2. Onların sizin stomatoloji sağlamlığınıza da faydası var. Kiçik araşdırmalar göstərib ki, nar şirəsi ağzınızdakı bakteriyaları nişan alır və beləliklə siz daha az stomatoliji problemlərdən əziyyət çəkirsiz.

  3. Onlar əzələ ağrılarını yüngülləşdirə bilər. İlkin araşdırmalar göstərir ki, içməli nar şirəsi orqanizmin müəyyən hissələrində əzələ zəifliyi və ağrını azaltmaq üçün yardım edə bilər.

  4. Onlar pis xolesterinlərin sayını azalda bilər. Narın tərkibindəki antioksidantlar aşağı sıxlıqlı lipoprotein adlanan bədxassəli xolesterinləri azaltmağa kömək edir. Digər meyvələrdən fərqli olaraq nar daha çox antioksidantla zəngin oduğuna görə, belə hesab olunur ki, bu tünd qırmızı içki xolesterini azaltmağa kömək edir.

  5. Onlar sizə gənc görünməyə kömək edir. Sən demə, narlar təkcə yemək və içmək üçün deyil. Bu meyvə yaşlanma əleyinə tərkib hissələri ilə zəngindir ki, bu da dərini cavan saxlayır.

loading...

Bunuda oxu...